00:00:00
Yazar
Admin User
03.11.2015 09:54 390 1 dəq oxuma
Siyasət

Müdafiə naziri Qazaxıstana rəsmi səfərə gedib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasının Müdafiə naziri cənab İmanqali Tasmaqambetovun dəvəti ilə Qazaxıstana rəsmi səfərə gedib.
Müdafiə naziri Qazaxıstana rəsmi səfərə gedib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasının Müdafiə naziri cənab İmanqali Tasmaqambetovun dəvəti ilə Qazaxıstana rəsmi səfərə gedib.

İnformator Müdafiə Nazirliyinə stinadən xəbər verir ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Qazaxıstanın Müdafiə Nazirliyində görüşləri, hərbi təhsil müəssisələri və hərbi hissələrə ziyarətləri nəzərdə tutulub.

Görüşlər zamanı ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətlərinin nəzərdən keçirilməsi, müdafiə və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.

Səfər noyabrın 5-dək davam edəcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər