00:00:00
Yazar
Admin User
23.02.2015 13:14 601 1 dəq oxuma
Siyasət

Müdafiə Naziri silah sərgisində

Abu Dabidə İDEX-2015 sərgisinə qatılan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti bu gün sərgidə təmsil olunan bir sıra xarici şirkətlərin stendlərində olub.

Sərgidə iştirak edən Azərbaycanın müdafiə naziri silahlara baxış keçirib. 

İDEX-2015 beynəlxalq müdafiə sərgisində müxtəlif ölkələrdən 1500-dək şirkətin qatıldığı sərgidə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) də stendlə təmsil olunur. 

MSN stendində Azərbaycan müəssisələrində istehsal olunmuş 180-dən artıq məhsul, o cümlədən atıcı silahlar, artilleriya sistemləri, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və s. nümayiş etdirilir.

AZƏRİDEFENCE

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər