00:00:00
Yazar
Admin User
23.01.2015 09:08 413 1 dəq oxuma
Siyasət

Müdafiə Nazirliyi: Erməni silahlılarının təxribatının qarşısı alınıb, qarşı tərəf itki verib

Ermənistanın kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər.
Müdafiə Nazirliyi: Erməni silahlılarının təxribatının qarşısı alınıb, qarşı tərəf itki verib

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı itki verən ermənilər geri çəkilməyə məcbur edilib.

Qarşı tərəfin ilkin rəsmi məlumatına görə işğalçılardan leytenant Karen Qalstyan və sıravi Artak Sarkisyan məhv edilib.

Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib. Azərbaycan əsgəri cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən təxribatının qarşısını almağa hər an hazırdır

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər