MÜHƏNDİSLİKDƏ ÖZÜNÜ TAPMAYAN YAZAR
"İşığımız sönməyəcək", "Fikir cinayətləri" kitablarının həmmüəllifi Nəcəf Əsgərzadə ADNSU-nun mühəndislik ixtisasını bitirib. Dediyinə görə, o bu ixtisasda özünü tapa bilmədiyindən kitablara sarılıb. Artıq kitablarla iç-içədir. "Uşaqlıqdan kitaba, ümumiyyətlə, öyrənməyə marağım sonsuz olub. Daim intellektual oyunları seyr edirdim. Amma həmin dövrlərdə bədii ədəbiyyat ikinci planda qalmışdı. Bədii ədəbiyyat oxumağa üniversitetə daxil olandan sonra başlamışam. Kitab oxuduqca yerimin bura olmadığını başa düşdüm. Hərdən kitablar insana səhv yerdə olduğunu izah edir".
Qeyd edək ki, o hər 3 kitabı dialoq formasında dostu Nicat bəylə yazıb. Onlardan ilki - “Fikir Cinayəti 1” 2021-ci ildə nəşr olunub. Bir ildən sonra bu kitabın ikinci hissəsi nəşr etdirilib. Sonuncu “İşığımız Sönməyəcək” kitabının nəşri isə keçən il qış aylarına təsadüf edir.
Zibeydə Əlizadə
