00:00:00
Yazar
Admin User
26.12.2025 17:24 97 2 dəq oxuma
Sosial

Müəllim–şagird münasibəti uğurun açarıdırmı?

Müəllim–şagird münasibəti uğurun açarıdırmı?

Təhsildə uğurun yalnız dərs proqramına bağlı olmadığı açıq-aydındır. Müəllimlə şagird arasındakı münasibət, qarşılıqlı hörmət və etimad öyrənmə prosesinin keyfiyyətini birbaşa təsir edir. Yaxşı qurulmuş münasibət şagirdin motivasiyasını artırır, dərslərə marağını yüksəldir və onun fərdi bacarıqlarını inkişaf etdirməyə şərait yaradır. Bu səbəbdən müəllim–şagird münasibəti təhsil uğurunun əsas açarlarından biri hesab olunur.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında müəllim Orxan Əlibəyov bildirib ki, onun pedaqoji təcrübəsinə görə, bu münasibətin uğurlu olub-olmadığını müəyyən edən amillər var:

 

"Şagird səhv etməkdən qorxmamalıdır. Əgər şagird sinifdə sual verməkdən çəkinmir və "bilmirəm" deməyi bacarırsa, deməli biz düzgün münasibət qurmuşuq. Müəllim şagirdi sadəcə bir jurnal nömrəsi kimi deyil, bir şəxsiyyət kimi görməlidir. Onun maraqlarını, çətinlik çəkdiyi məqamları və potensialını tanımaq uğurlu bağın ilk addımıdır. Dinlənildiyini hiss edən şagird özünü dəyərli hiss edir və bu onun öyrənmə məsuliyyətini artırır. Müəllim sinfə daxil olanda onun enerjisi bir güzgü kimi şagirdlərdə əks olunur. Bu təsir zəncirvari xarakter daşıyır. Əgər mən öz fənnimi sevgi ilə və coşquyla izah edirəmsə, ən passiv şagirddə belə bir maraq qığılcımı yaranacaq. Motivasiyalı müəllim dərsi sadəcə informasiya ötürmək üçün deyil, bir kəşf prosesi kimi təqdim edir. Şagirdlər çox vaxt dediklərimizdən deyil, etdiklərimizdən öyrənirlər. Müəllimin işinə olan həvəsi şagirdə işgüzarlıq və intizam aşılayır. Motivasiyalı müəllim şagirdin kiçik uğurlarını belə görməyə və onu ruhlandırmağa meyillidir. Bu isə şagirddə "mən bacara bilərəm" inamını formalaşdırır. Nəticə olaraq deyə bilərəm ki, təhsil ruhların görüşüdür. Müəllim şagirdinə inandığı zaman, şagird də özünə inanmağa başlayır. Əsl uğur məhz bu inamın kəsişməsində doğulur".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər