00:00:00
Yazar
Admin User
25.12.2015 10:30 1281 5 dəq oxuma
Sosial

Maddi problemlərin həlli üçün kasıblıq şüurundan çıxmaq lazımdır

Yaranmış situasiya qəbul olunmalıdır
Maddi problemlərin həlli üçün kasıblıq şüurundan çıxmaq lazımdır

\"\"Gülnara İnanc, «Etnoqlobus» mərkəzinin direktoru, şəxsiyyətin formalaşması üzrə trener, yoqa təlimçisi  və motivator

Yaranmış situasiyada necə davranmalı və gələcəyi necə qurmalı?

İlk növbədə gəlir və çıxarlar hesablanmalı, vacib olan və olmayan xərclər hesablanmalı, səhv addımlar müəyyənşdirilməli, onların təlafi edilməsi üçün çalışmalıdırlar. Yaranmış situasiya qəbul olunmalıdır.  Situasiyaya qarşı etiraz prosesi daha da ağırlaşdırır. Dünyada tanınmış xristian xeyriyyəçisi Tereza ana deyirdi ki, məni müharibəyə qarşı yürüşə çağırmayın, sülh uğrunda yürüşə çağırın.

Ev kirayəsi, borclar, kommunal xidmətlər ödənildikdən sonra qalann pul 2 hissəyə bölünür. Bir hissəsi sizin aylıq xərcinizdir. Qalan hissə isə 5 qismə bölünür: 1-ianə (xeyriyyəçilik), 2-mənəvi inkişafınız üçün xərclik (kitab, dil öyrənmək, şəxsiyyəti inkiaşf etdirmək üçün kurslar və sair), 3-özünüzə hədiyyə , 4-uzunmuddətli yığım (bu pula toxunmuruq. Qeyd etək ki, bəzi banklarda bu cür yığım mövcuddur),  5- biznes yatırımı(məsələn, əgər müəllimsinizsə, özünüzə yeni komyuter,  yaxud rahat stol almaq ).

Qeyd edim ki, Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyev ayaqyalın işə gedirmiş, gündəlik qazandığı bir manatın 50 qəpiyini xərcləyib, əllisini toplayırmış. Nəticədə həmin pula torpaq sahəsi alaraq milyonçu oldu.

\"\"

Əgər bu şərtlərə əməl etmək ilikn mərhələd sizə çətin gəlirsə, bir daxıl alıb hər gün ora pul qoyun. Pul da enerjidir və pulun bizə münasibəti bizi ona olan münasibətimizdən asılıdır.

İnananlar üçün Yaradanın, inanmayanlar üçünsə dünyanın yaranmış situasiya üçün həmişə yüzlərlə çözüm yolu var. İsterika, daim problemdən danışmaq onu həll etmir, əksinə ağırlaşdırır. Süleyman peyğəmbərin «Bu da keçər» ifadəsi, yaxud Yunus Əmrənin «Naçar qaldığın yerdə qəfil açılar pərdə. Dərman edər O, dərdə. Mövlam görəlim neylər, neylərsə gözəl eylər» sətirləri dillərdə təkrar olunmaladır. Bu təkrar insanın şüurunun altına keçərək tamamilə yeni bir proqramm yazır, insanı radikal addımlardan çətindirir.

Bu arada, bu qəbil iqtisadi problemlərdən əksinə uğurla çıxan, yaxud az itki verənlər haqda da danışmaq lazımdır. Maraqlıdır ki, bütün dünyada sərt devalvasiyadan itirən zənginlər olduğu kimi, qazananlar da var. Rusiyada bu ilki böhrana baxmayaraq milyonçuların sayı artıb.

\"\"

Sıravi vətəndaşlar içində də məhz böhran illərində həyatında gözlənilməz sıçrayışlar əldə edənlər var. Məşhur saat şirkətinin sahiblərindən biri öncəki böhranlarda nədən itirmədiklərini belə anlatmaışdı «qazanca görə yaşamaq, kredit almamaq, hər ay qənaət etmək».

Statistikaya əsasən zənginlik şüuruna sahib insanlar (oliqarxlar, qanunsuz yolla pul qazananlar, milyonçu ailəsində doğulanlar  yox) sadə həyat tərzi sürür, gəlirinin böyük hissəsini ianə verir, geyiminə, maşınına, evinə milyonlar xərcləmir. 

Qeyd edim ki, bu kimi insanlarla az rastlaşmamışam.

Cəmiyyətdə sosial statusuna görə insanları 3 qismə bölmək olar: kasıblar, orta təbəqə və zənginlər. Bu təbləqədən hər birini özünənməxsus  şüur  səciyyələndirir.

Kasıblar və orta təbəqə bir birindən çox az fərqlənir. Hər ikisi qazanım və xərcləyim şüuru ilə yaşayır. Bütün dünyada ən çox yayılan bu iki təbəqədir. Onlar qazancları artdıqca daha çox xərcləməyin doğru olduğunu hesab edir, bir-biri ilə yaraşır, «qara gün» üçün pul toplayırlar. Kasıb və orta təbəqədən olan insanlar az-az hallarda qazanclarından toplayıb sosail statuslarını artıra bilirlər: kasıblar orta səviyyəyə, orta səviyyə zəncinlər sırasına yetişir.

Əksər hallarda isə bu iki təbəqənin nümayəndələri bütün həyatını borc və krediklərlə yaşayır, gəlirinə uyğun olmayan  (hətta kreditlə ad günü və toy şənliyi keçirir) təmtəraqlı mərasimlər düzəldir, böyük sələmlə borc götürür,bahalı evlər alır.

\"\"

Azərbaycanda ötən il keçirilən sorğularda birində deyilirdi ki, Azərbaycanda insanların əksəriyyəti pullarını alış-verişə, restoranlarda yeməyə, şadlıq məclislərinə sərf edir. BP mütəxəssislərinin apardığı digər müşahidələrə görə isə azərbaycanlılar qazancından asılı olmayaraq pulun çatışmamazlığından şikayətlənir.

Kasıblıq və orta səviyyəli insaların şüuruna sahib olanlar  bir-biriə zidd olan iki tip davranış xüsusiyyətlərinə sahibdir: xəsislik-bədxərclik, pul yığımı-pulu sürətlə xərcləmə, ifrat yemək-az yemək və sair. Bu iki şüura sahib olanlar genetik olaraq kasıblıq kodu daşıyanlar, yəni  valideynləri, yaxud bu gün həyatda olmayan uzaq əcaddların kasıb olmalarıdır. Bizim nəslin valideynləri İkinci dünya savaşı dövrünün aclıq və səfalətini yaşayıb və bu genetik olaraq bizə keçib. Qeyd etmək lazımdır ki, bu problem bütün dünyaya xasdır , yalnız hər yerdə xüsusi özəlliklər daşıyır.

Bu insanlar geniş perspektivlərin nə olduğunu dərk etməyən, qazancından çox xərcləyənlərdir. Təsadüfən taksi sürücüsünün həmkarlarına onun 10 krediti olduğunu eşitdim.  Qadın salonunda işləyən qadın bərbəri 2-3 kredit ödəyir. Bundan əlavə, sağlam insanların saxta yollarla özlərinə əlillik satusu almaları da kasıblıq şüurunun nəticəsidir. İnsan bununla özünü kasıblığa və həyatını proqramlaşdıraraq gələcəkdə həqiqi əlilliyə məhkum edir.

Kredit borclarından şikayət edən insanlardan soruşuram ki, nədən məktəbli uşaqlarına 500 manatlıq mobil telefon alırlar. Cavaba diqqət edin: «Uşağa deyə bilmərəm ki, niyə sinifdə başqalarının bahalı telefonu var, onun isə yox».

Onlar başqalarını, varlıları və dövləti öz problemlərində gunahlandırır , üzərlərinə öz həyatları üçün heç bir məsuliyyət götürmürlər.

\"\"

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, zənginlər də müflisləşə bilir. Rusiya milyarderiTelman İsmaylovun bu yaxınlarda özünü müflis elan etməsi də bu qəbildəndir.  Əgər xatırlayırıqsa, T.İsmaylovun da müflis olmasına səbəb onun perspektiv planlar qura bilməməsi , 100 ildən sonra belə gəlir gətirməyəcək sahələrə yatırım qoymasıdır.  Maraqlıdır ki, zənginlər statusunu qazansa da, onun da artıq məlum olan  ifrat dəbdəbəyə meylliliyi kasıblıq şüurunun göstəricisidir. Zənginlik şüuruna sahib insanlar müflis olsalar da, böyük sürətlə yenə də əvvəlki səviyyəyə qayıda bilirlər. Bu haqda sonra.

Maraqlıdır ki, bu ilin fevral ayında dolların məzənnəsinin qalxmasından sonra belə bu qəbil insanlar yenidən dollarla kredit alıblar. Bu günlərdə dolların məzənnəsinin manata nisbətdə qalması əksər insanlarda qəzəb, ajiotaj yaratdı. Amma, əslində insanlar özləri onların hazırda düşdüyü şəraitə imkan yaradıb. Dünyanın maliyyə bazarında baş verən qlobal proseslərdən əlahiddə kənarda qalmaq mümkün deyil. Dövlət qurumları bu illər ərzində süni olaraq bu prosesi yubadırdı. İndi isə bunun qarşısını almaq mümkün deyil, əks halda dövlət büdcəsi müflis olar. Qonşu ölkələrdə bu proses artıq neçə ildir ki, davam edir.

Beləliklə, fakt bizi haqlayıbsa, nə etməli. Təbii ki, bir neçə günə insan şüurunu dəyişib vəziyyətdən çıxa bilməz. Bu illər tələb edən bir prosesdir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər