00:00:00
Yazar
Admin User
03.03.2015 07:00 439 1 dəq oxuma
Siyasət

Mahmud Məmməd-Quliyev Cenevrəyə gedir

Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi çərçivəsində ikitərəfli və çoxtərəfli danışıqlar aparılacaq.
Mahmud Məmməd-Quliyev Cenevrəyə gedir

2015-ci ilin 3-7 mart tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi çərçivəsində ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak etmək məqsədilə Cenevrəyə səfər edəcək.

Görüşlər zamanı ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi çərçivəsində Azərbaycanın təqdim etdiyi mallar və xidmətlər üzrə yenilənmiş təkliflər, kənd təsərrüfatına daxili dəstək və ölkəmizin ticarət siyasəti kimi məsələlər müzakirə olunacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər