Makron Avropa Komissiyasından istəyi - AÇIQLAMA
Fransa Prezidenti Emmanuel Makron Avropa Komissiyasının sədri Ursula fon der Leyendən qiymətləri aşağı salmaq üçün yanacaqla bağlı keyfiyyət standarlatını müvəqqəti olaraq yumşaltmağı xahiş edib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Elçin Rəşidov bildirib ki, yanacağın istehsalını və təklifini artıracaqdır:
“İndi kəskin artırmayacaq. Təxminən 10-15 faiz artıracaqdır. Nəticədə, bazarda olan yanacağın qıtlığı azalacaqdır. O da təbii ki, qıtlıq azalanda qiymətlərin kəskin artmasının qarşısını alır. Qiymətlər, çox artıb və bundan sonra da kəskin artması gözlənilir. İnflyasiyaya da, təbii ki, bu təsir edəcək. Yanacağın həmişə qiymətlərə birbaşa təsiri olur. Benzin, yanacaq və s. birbaşa istehlakçının istehlak səbətinə daxildir. Bunun qiymətinin qalxması səbətin qiymətini qaldırır, inflyasiya yaradır və qiymətin qalxmasının qarşısının alınması təbii ki, yüksək inflyasiyanın da qarşısını alır”.
İqtisadçının sözlərinə görə, bunun birbaşa təsiri ilə yanaşı, dolayı təsiri də var:
“Belə ki, bu yanacaq başqa məhsulların, istehlak səbətinə daxil olan digər məhsulların qiymətində onların maya dəyərinə oturur. Nəqliyyat, logistika formasında, bu daşınmaların tərkibində yaranacaq xərc var. Bu, istehlak mallarında, ərzaqda da özünü göstərir”.
Selcan Xudiyeva