00:00:00
Yazar
Asiman Vəliyeva
11.04.2026 21:34 24 1 dəq oxuma
Siyasət

Makron: Paris Hörmüz boğazının normal fəaliyyətinə kömək etməyə hazırdır

Makron: Paris Hörmüz boğazının normal fəaliyyətinə kömək etməyə hazırdır

Fransa Hörmüz boğazında naviqasiya təhlükəsizliyinin qorunmasına töhfə verməyə hazırdır. 

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığından sonra bildirib.


Makron X-də yazıb: "İranın Hörmüz boğazında naviqasiya azadlığını və təhlükəsizliyini mümkün qədər tez bərpa etməsi vacibdir və Fransa bunu asanlaşdırmağa hazırdır".

İran prezidenti ilə söhbətində o, Livan da daxil olmaqla, atəşkəsə hörmət etməyin vacibliyini vurğulayıb. Makron vurğulayıb ki, Fransa yeganə qanuni orqan olan Livan hakimiyyətinin hərəkətlərini tam dəstəkləyir. O, İranın İslamabadda başlayan danışıqların yaratdığı fürsətdən istifadə edərək davamlı deeskalasiya və bütün ölkələrin iştirakı ilə regionda etibarlı təhlükəsizlik zəmanətləri təmin edən mənalı bir razılaşmaya yol açmalı fikrini ifadə edib.

#hazırdır #etməyə #xəbər #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər