Mal əti ilə bağlı saxtakarlıq iddiaları
Sosial şəbəkələrdə və mediada mal ətinin bəzi satış nöqtələrində at əti ilə əvəzlənməsi barədə yayılan məlumatlar ictimai narazılığa səbəb olub.
Mövzu ilə bağlı "İnformator.az" xəbər saytı ət satıcısı, ət alıcısı, qida eksperti və baytarın mövzuya olan münasibətini öyrənib.
Ət alıcısı Kərim Eyvazov bildirib ki, son günlər ət bazarında yayılan saxtakarlıq xəbərləri onu ciddi şəkildə narahat etdir:
“Artıq bazara gedəndə seçim etmək əvvəlki kimi asan olmur, hər məhsula şübhə ilə yanaşıram. Etiketə baxıram, amma yenə də içimdə şübhə duyuram. Mən sadəcə nə aldığımı bilmək, aldığım məhsula güvənmək istəyirəm. Satıcıların da bu məsələdə daha məsuliyyətli davranması vacibdir".
Ət satıcısı Əziz Əliyev bazarda belə halların olduğunu, bəzi satıcıların ucuz ət əldə etmək üçün at ətini mal əti kimi göstərdiklərini vurğulayıb:
"Amma qanuni kəsimxanalar və rəsmi satıcılar bu prosesə ciddi nəzarət edir və sənədsiz, mənşəyi bilinməyən ətin satışa çıxmasına icazə verilmir. Əgər haradasa belə hallar baş verirsə, nəzarətsiz və qeyri-rəsmi satış yerlərdə olur. Sakinlər çalışsınlar ət aldıqları yeri dəyişməsinlər. Etibar etdikləri satıcıdan alsınlar. Bir də, ətin rənginə və qoxusuna baxmadan heç vaxt almayın".
Ölkədə son zamanlar ət bazarında çox böyük sönüklük müşahidə olduğunu deyən qida eksperti Elsevər Fərzəliyev qeyd edib ki, bu cənub regionlarında son zamanlarda da populyarlıq tapmış dabaq xəstəliyinin inkişafı ilə bağlıdır:
"Yəni bunun ilə bağlı çoxsaylı heyvanların tələf olunması, xəstələnməsi, ətinin qidalanmaq üçün yararsınız hələ düşməsi bizi bu vəziyyətlə qarşılaşdırın. İndi əti kəsən də, hazırlayan da, təsərrüfat sektorunda çalışanlar da, əti alan da, satan da hamısı diqqətlə münasibət bəsləməlidir. Heyvan ətində də dabaq xəstəliyinin mövcudluğu ətin rənginin bir azacıq qaralmasına dəlalət edir. Təbii ki baxmaqla bunu ancaq mütəxəssislər müşahidə edə bilər. Ona görə də belə ətlər dərin laborator tədqiqatlara məruz qoyulmalı və onun daxilində daban viruslarının olub, olmaması diqqətlə yoxlanılmalı və sonra qərar verilmədi ki, bu ət qidalanma üçün yararlıdır və ya yararsızdır".
Heyvanlarda görünən xəstəliklər ilə bağlı baytar Məmmədov Elçin fikirlərini öyrəndik:
"Malqarada yaranan xəstəliklərə, əsasən, brüselyoz, qara yara, dabaq xəstəliklər aid olur. Sadəcə bunların klinik əlamətləri fərqli olur. Dabaq xəstəliyi, əsasən heyvandan heyvana keçir. İnsana yalnız xəstələnmiş heyvana qulluq edən bir insandan və ya onun hər hansı əşyayasına toxunanda keçə bilər. Azərbaycanda o xəstəlik yayılsada insanlara keçmək ehtimall çox azdır. Son iyirmi il ərzində Azərbaycanda heç dabaq xəstəliyinə rast gəlinməyib. Xəstəliyin klinik əlamətləri qızdırma, haqsızlıqdır. Profilaktik məqsədlə müalicə aparılır: temperaturun qaldırmaq üçün dərmanlar verilir, yaraları sağaltmaq üçün müəyyən antibiotiklər olunur. Xəstəliyin özünün qarşısını almaq üçün yalnız vaxtı vaxtında peyvənd olunmaqdır. Bu xəstəliyinin həm gedişatının qarşısını alır, həm təsərrüfatlarda xəstəliyin yaranmasının qarşısını alır".
Nəticədə Qida Təhlükəsizliyi Agentliyindən Hüsniyyə Həsənova Qida Təhlükəsizliyi Agentliyinin qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirdiyini qeyd edib:
"Ölkədə istehsal olunan və idxal olunan bütün qida məhsulları üzərində Agentlik vasitəsi ilə risk əsaslı nəzarət tədbirləri görülür. İstehlakçılardan xahiş edirik ki, ət alarkən, satıcıdan mütləq şəkildə baytarlıq müşayiətedici sənədlərini tələb etsinlər. Xüsusilə dünyada və regionda yoluxucu heyvan xəstəliklərinin yayılma riski nəzərə alınıraq, qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə qarşı ictimai nəzarətin artırılması vacibdir. Bununla yanaşı, məhsulların təhlükəsizliyi və ya keyfiyyəti ilə bağlı konkret faktlara əsaslanan müraciətlər daxil olduqda Agentlikdən plandankənar yoxlamalar aparılır və məhsullar laborator müayinələrə cəlb olunur. Agentlik vasitəsilə keçirilən yoxlama nəzarət tədbirləri zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə qanunamüvafiq tədbirlər görülür. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir".
Günel Əlili
