Mark Ruttenin Ankaraya səfəri zamanı nələr müzakirə olunub?
NATO-nun Baş katibi Mark Rutte 22 apreldə Ankaraya səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanla görüşüb.
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin açıqlamasına əsasən, görüşdə Ankarada keçiriləcək NATO Liderlər Zirvəsinin hazırlıq prosesi, Alyansın gündəmində olan əsas məsələlər, eləcə də regional və qlobal hadisələr müzakirə olunub.
2026-cı il NATO Zirvəsi 7-8 iyul tarixlərində Ankaradakı Prezident Sarayında baş tutacaq.
Rəcəb Tayyib Ərdoğan bildirib ki, bölgədəki qeyri-sabit vəziyyət NATO müttəfiqləri arasında həmrəyliyin əhəmiyyətini bir daha göstərir. O, Ankara Zirvəsində bu həmrəyliyin gücləndiriləcəyini bildirib.Alyansın böhranlara qarşı hazırlıq səviyyəsini artıracaq qərarların qəbul olunacağını gözlədiyini vurğulayıb.
BBC News
Nuray Əliyeva