Masada gözlənilməyən təhlükə: restoranlarda ət saxtakarlığı iddiaları
Son illər istehlakçılar arasında ən çox narahatlıq doğuran məsələlərdən biri restoran və qida obyektlərində “ət saxtakarlığı” şübhəsidir. Bəzi yerlərdə mal əti adı ilə at, eşşək və ya digər ucuz heyvan ətlərinin verilməsi barədə iddialar cəmiyyətdə ciddi etimad böhranına səbəb olur. Bu, təkcə fırıldaqçılıq deyil həm də insan sağlamlığına, gigiyena standartlarına və istehlakçı hüquqlarına birbaşa zərbədir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında jurnalist, qida eksperti İlkin Məmmədkərimov bildirib ki, bizdə bununla bağlı kifayət qədər tədbir görülmür:
“Yaxınlarda rayonlardan at, uzunqulaq əti gətirən həbs edilib. Sonradan azadlığa buraxılıb. Bu isə bu sahədə mexanizmin çalışmadığını göstərir. Hətta qanunvericiliyə əsasən cəzalandırma belə olsa, cəza mexanizmləri zəifdir. Cərimə və məbləğlər artırılmalıdır. Həbs cəzaları da artırılmalıdır. İstehlakçılar etibarlı yerdə yemək yeməlidir. Çünki hər yerdə restoran var. Mütləq şəkildə güvəndikləri yerə getməlidirlər. Şəhərin mərkəzindəki tanınan restoranlar da belə bu cür hallar mövcuddur. Eyni zamanda keyfiyyətli restoranlar da var”.
“İnformator.az”a danışan Teymur Rzayev bildirib ki,o bu cür hala rast gəlməyib:
“Belə situatsiyalarla adətən xəbərlərdə qarşılaşırıq. Ümid edirəm qarşısı alınar”.
Banuçiçək Məmmədova
