00:00:00
Yazar
Admin User
14.08.2023 11:36 524 2 dəq oxuma
Maraqlı

MAVİ TIK – DƏB, YOXSA GƏLİR MƏNBƏYİ?

MAVİ TIK – DƏB, YOXSA GƏLİR MƏNBƏYİ?

Son vaxtlar sosial şəbəkələrdə tanınmışlarla yanaşı, adi vətəndaşların da səhifələrinin qarşısında mavi tıka rast gəlirik. Hətta bəzi sosial şəbəkə istifadəçiləri “mavi tık ilə yazılan ilk status” fəxr edərək, təbrik yığır.

Bəs bu, həqiqətən də mənasız bir işdirmi? Yoxsa insanlar üçün faydalıdır? Ümumiyyətlə mavi tık nədir? Necə alınır? Xərci nə qədərdir? Bu barədə bir çox səhifələrə mavi tık qazandırmış, bu işin dərinliyini öyrənən rejissor Hüseyn Hümmətov İnformator.az saytına danışıb.

"Mavi tık mövzusu son 5 ildə gündəmə gəlib. Tanınmış futbolçular, müğənnilər, dövlər başçıları, məmurlər və digər məşhur şəxslər mavi tık almağa başlayıblər. Əvvəllər bu mavi tıklar yalnızca tanınmış şəxslərə verilirdi. Daha sonra artıq facebook və instaqram Meta şirkəti adı altında birləşdi və bu, pulla satılmağa başladı. Mavi tık 2023-cü ilin ilk aylarından etibarən digər ölkələrdə sınaqdan keçirilib”. Ödənişin 15$ olduğunu söyləyən müsahibimiz Azərbaycana nisbətən Türkiyədə qiymətlərin daha aşağı olduğunu deyir. Çünki Meta şirkəti bununla bağlı Türkiyəyə güzəşt edir.

Bəs mavi tık necə alınır? Müsahibimiz bu məsələyə də aydınlıq gətirdi: “İnstaqramın səhifəsinə şəxsiyyəti təsdiq edən profil fotosu, şəxsin fotosu göndərilir. Şəxsiyyət vəsiqəsindəki adla profil adı eyni olmalıdır. Fotolardan ibarət səhifə instaqram sosial şəbəkəsinə göndərilir və 48 saat müddətində geri dönüş olunur. Mavi tık səhifəyə uyğundursa, o zaman imtina edilmir”. Hüseyn Hümmətovun sözlərinə görə, ay sonunda ödəniş etmək istəməyənlər, funksiyanı deaktiv edə bilərlər. Daha sonra yenidən aktiv edərək ödəniş mümkündür. “Bunların hamısı instaqram ilə yanaşı facebook sosial şəbəkəsinə də aiddir. Gözləmə siyahısına daxil oluruq, qeydiyyatdan keçirik, Meta mesaj göndərir ki, sizin profiliniz uyğundur və müraciət edirik”.

Müsahibimiz restoranların, bankların və digər bizneslər üçün ödənişli mavi tıkın olmadığını bildirir.

Bəs mavi tıkın insanlara faydası nədir? “Mavi tık insanı tanınmış şəxs kimi göstərir. İnsan ola bilməyəcəyi şəxs kimi görünür. Bu onun potensialını artırır, səhifənin görünüşünü yaxşılaşdırır. Həmçinin, insanda elə bir fikir formalaşdırır ki, o, məşhur şəxsdir, hər hansı bir uğurun sahibi olub ki, mavi tık ala bilib. Hal-hazırda elə işlər var ki, cəmiyyətlə, müəyyən auditoriya ilə işləyən şəxslər üçün mavi tık çox funksionaldır. Öz sahəmdən nümunə gətirsəm, fotoqraf və videoqraflarda daha çox mavi tıklı paylaşımlara üstünlük verilir. Mavi tık səhifənin viziual görünüşünü daha cəlbedici göstərir”. Hüseyn Hümmətovun fikrincə, mavi tık insanlarda psixoloji fikir yaradır. "Mavi tık görsəz, sizdə psixoloji təsir yaranacaq ki, həmin insanın gördüyü işlər mükəmməldir. İşinizi psixoloji olaraq, mavi tık almış insanlara daha çox etibar edəcəksiz. Bu da avtomatik olaraq, həmin insanın biznesinin qalxmağı deməkdir. Yəni mavi tıka xərclədikləri vəsait onlara 2-3 qat, bəlkə də daha çox geri dönəcək”.

Çinarə Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər