00:00:00
Yazar
Admin User
18.12.2025 12:02 227 2 dəq oxuma
Media

"Mediada inklüziv dildən istifadənin təşviqi"

"Mediada inklüziv dildən istifadənin təşviqi"

18 dekabr 2025-ci il tarixində BMT-nin Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Media peşəkarları arasında inklüziv dil və əlillik mövzularının məsuliyyətli işıqlandırılması barədə məlumatlılığı artırmaq və media qurumları, Əlilliyi Olan Şəxslərin Təşkilatları, ƏƏSMN və BMT sistemi arasında əməkdaşlığı gücləndirmək məqsədilə seminar- konfrans keçirilib

 

Bu barədə "İnformator.az" saytı xəbər verir.

 

Seminarın açılışını Cəmilə Məmmədli edib. O, nitqində seminarın mahiyyətini qeyd edib. 

 

Daha sonra söz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müavini Rəşad Mustafayevə verilib.

 

Sözlərində inklüziv inkişafın təmin edilməsi ilə bağlı dövlətin gördüyü tədbirlərə toxunub və görülən tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb. 

 

Ardınca BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreevaya söz verilib. Sözlərində dilin əhəmiyyəti və mediada inklüzivlik mövzusuna toxunub. O, mediada əlillik və inklüzivliklə bağlı mövzulardan danışan zaman edilən səhvləri qeyd edib və jurnalistlərin bu mövzularda rolunun əhəmiyyətini vurğulayıb. "Jurnalistlər yalnız hekayə danışan deyil, həm də sosial dəyişikliklərin əsas tərəfdaşıdır",- deyə bildirib.

 

Davamında qısa səhnəcik izləyicilərə təqdim olunur. Səhnəcikdə inklüziv şəxslərlə danışan zaman və ya mediada təqdim edən zaman istifadə olunan yanlış ifadələr vurğulanıb.

 

 " Pasient, qurban və ya şikəst deyiləm, mən insanam, şəxsəm!" 

 

"Əlavə izahlara ehtiyac duymadan hər kəsin hekayəsini görməkdir əsas olan".

 

Az sonra "interaktiv çalışma" və təlimə başlanıb. "İnteraktiv çalışma" zamanı anonim sorğu vasitəsilə şəxslərin əlillik və əlil şəxslərlə bağlı fikirləri statistik formada təqdim edilir. 

Təlimi keçən əlliyi olan şəxslərin ictimai birliyinin rəhbəri Aydın Xəlilov əlillik və inklüzivliyin dərki – əsas anlayışlar və terminologiya haqqında danışıb.

O, seminar iştirakçılarının suallarını da cavablayıb.

 

Seminar iştirakçıları ilə birlikdə xatirə şəkli çəkdirilib.

 

Aslanova Fatimə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər