00:00:00
Yazar
Zəhra Həsənova
19.05.2026 22:04 52 2 dəq oxuma
Siyasət

"Meksika və Azərbaycan şəhər xidmətləri sahəsində təcrübə mübadiləsi apara bilərlər" - ŞƏRH

"Meksika və Azərbaycan şəhər xidmətləri sahəsində təcrübə mübadiləsi apara bilərlər" - ŞƏRH

Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyeronun sözlərinə görə Meksika nümayəndə heyətinin Azərbaycanda WUF13 çərçivəsində tədbirlərdə iştirakı Mexikoda keçiriləcək növbəti Ümumdünya Şəhərsalma Forumuna hazırlıq fonunda xüsusi əhəmiyyət daşıyır.


Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, əvvəlki beynəlxalq tədbirlərin təcrübəsi göstərir ki, Azərbaycan bu platformalarda qurduğu əlaqələri uzunmüddətli əməkdaşlığa çevirməyi bacarıb:


"WUF 13-ün Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq tədbirlərin təşkilində qazandığı böyük təcrübənin növbəti nümayişi olacaq. Azərbaycan forumun yüksək səviyyədə təşkili üçün bütün imkanlarını səfərbər edib və tədbirin fərqli konsepsiya ilə yadda qalacağı gözlənilir. İndiyədək keçirilən şəhərsalma forumlarından fərqli olaraq, Azərbaycanda daha müasir və praktik yanaşmalar təqdim olunacaq. Bu baxımdan, gələcəkdə WUF forumlarına ev sahibliyi etmək istəyən ölkələr, xüsusilə, Meksika Azərbaycan təcrübəsindən faydalana biləcək. Meksikanın WUF 13-də yüksək səviyyədə təmsil olunması həm Azərbaycanın bu sahədə uğurlarına olan inamı, həm də əldə edilən təcrübənin gələcəkdə tətbiqinə verilən önəmi göstərir. Xüsusilə, işğaldan azad olunan ərazilərdə qurulan yeni yaşayış məntəqələri, “ağıllı şəhər” və dayanıqlı inkişaf modelləri forumun əsas diqqətçəkən nümunələrindən biri olacaq".


Aydın Quliyev vurğulayıb ki, Azərbaycanın təhlükəsiz və dayanıqlı yaşayış mühitinin qurulması, şəhərlərin yenidən planlaşdırılması və mənzil problemlərinin həlli istiqamətində tətbiq etdiyi yanaşmalar digər ölkələr üçün də maraqlı təcrübə hesab olunur:


"WUF 13-dən sonra bu təcrübələrin Meksika daxil olmaqla müxtəlif ölkələrdə tətbiqi mümkün görünür. Bu cür beynəlxalq forumlar yalnız təcrübə mübadiləsi ilə məhdudlaşmır, eyni zamanda, ölkələr arasında ikitərəfli əməkdaşlığın genişlənməsinə də şərait yaradır. Əvvəlki beynəlxalq tədbirlərin təcrübəsi göstərir ki, Azərbaycan bu platformalarda qurduğu əlaqələri uzunmüddətli əməkdaşlığa çevirməyi bacarıb. Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində formalaşdırdığı təcrübə artıq bir nümunə və məktəb kimi qiymətləndirilir. Bu səbəbdən WUF 13 çərçivəsində iştirakçı ölkələrin Azərbaycandan öyrənəcəyi çoxsaylı müsbət yeniliklərin olacağı vurğulanır ".


Səmayə Səftərova

#yeni #xəbər #gündəm #bilərlər" #təcrübə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər