00:00:00
Yazar
Səadət Əlizadə
04.05.2026 19:30 17 1 dəq oxuma
Siyasət

Meloni Avropanın təhlükəsizliyini gücləndirməyə çağırıb

Meloni Avropanın təhlükəsizliyini gücləndirməyə çağırıb

İtaliyanın Baş naziri Corcia Meloni ABŞ-nin hərbi mövcudluğunun mümkün ixtisarı fonunda Avropanı öz təhlükəsizliyini gücləndirməyə çağırıb.

 

"İnformator.az" xəbər verir ki, İtaliya baş naziri Ağ Evin rəhbəri Donald Trampın ABŞ qoşunlarının İtaliya və İspaniyadan ehtimal olunan çıxarılması ilə bağlı son bəyanatlarını belə şərh edib.

 

"Qulaq asın, mən sizə gələcəkdə nə olacağını deyə bilmərəm. Dəfələrlə dediyim kimi, biz bilirik ki, ABŞ artıq çoxdandır Avropadakı mövcudluğunun mümkün ixtisarını müzakirə edir. Məhz buna görə də hesab edirəm ki, biz öz təhlükəsizliyimizi gücləndirməli və müstəqil cavab vermək qabiliyyətimizi artırmalıyıq", - Meloni İrəvanda, Azərbaycana yola düşməzdən əvvəl jurnalistlərə bildirib.

 

Bununla yanaşı, o vurğulayıb ki, bu cür qərarlar ondan asılı deyil. "Lakin bir şeyi qətiyyətlə bildirmək istəyirəm: İtaliya həmişə öz öhdəliklərini yerinə yetirib. İtaliya imzalanan  bütün sazişlərə əməl edib, həmişə", - Baş nazir bildirib

#meloni #xəbər #gücləndirməyə #yeni #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər