00:00:00
Yazar
Aysel Mirzəyeva
18.02.2026 14:32 15 1 dəq oxuma
Sosial

“Memar Əcəmi”dəki təmir işləri başa çatıb

“Memar Əcəmi”dəki təmir işləri başa çatıb

Bakı Metropoliteni tərəfindən “yaşıl xətt”in “Memar Əcəmi” stansiyasının ikinci vestibülünün keçidində aparılan təmir işləri başa çatdırılıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

 

Bildirilib ki, müvəqqəti olaraq bağlanan 4-cü çıxış artıq sərnişinlərin istifadəsinə verilib.

 

Qeyd edilib ki, görülən işlər çərçivəsində keçid hissəsi yenilənib, infrastruktur daha təhlükəsiz və funksional hala gətirilib və sərnişin axınının rahat tənzimlənməsi üçün şərait yaxşılaşdırılıb.

#xəbər #çatıb #başa #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər