"Mertsin ictimai rəyi dəyişmək üçün vaxtı yoxdur" - XARİCİ EKSPERT AÇIQLAYIR
Almaniya Kansleri Fridrix Mertsin hakim bloku müxalifətdəki partiyadan geri qalır. Sorğular göstərir ki, hakim Xristian-Demokrat İttifaqı və Xristian-Sosial İttifaqı bloku 20%, "Almaniya üçün Alternativ" partiyası isə 28% dəstək alır. Xalqın əksəriyyəti Mertsin 2029-cu ildə başa çatacaq qanunvericilik müddətini tamamlamadan kansler vəzifəsini tərk edəcəyini düşünür.
Mövzu ilə bağlı "İnformator.az" "ARB24"ə istinadən məlumat verir ki, xarici siyasi şərhçi Metyu Mur bildirir ki, Merts üçün narahat olmaqda fayda var:
"O, xalqın Almaniya haqqındakı düşüncələrini dəyişmək üçün gəldiyini, tibb, təqaüd kimi mövzularda əhəmiyyətli islahatlar həyata keçirəcəyini bildirdi. Lakin 15 aydır vəzifədədir və hələ də müsbət nəticə görmürük. İşsizlik probleminin qaldığı aydındır. Mertsin ictimai rəyi dəyişmək üçün vaxtı yoxdur".