00:00:00
Yazar
Admin User
06.02.2026 08:52 46 2 dəq oxuma
Sosial

Milli kibertəhlükəsizlik proqramlarının əhəmiyyəti

Milli kibertəhlükəsizlik proqramlarının əhəmiyyəti

Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə kibertəhlükələr də artmaqdadır. Dövlətlərin informasiya infrastrukturunu qorumaq, milli təhlükəsizliyi təmin etmək və vətəndaşların şəxsi məlumatlarını müdafiə etmək üçün milli kibertəhlükəsizlik proqramları həyata keçirilir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında IT eksperti Elvin Həsənov bildirib ki, bu proqramları ölkənin rəqəmsal müdafiə xətti kimi görürəm:

 

“Necə ki, dövlətin sərhədləri, ordusu və fövqəladə xidmətləri var, eyni məntiqlə rəqəmsal sərhədləri də qorumaq lazımdır. Çünki bu gün hücumlar təkcə fiziki yox, internet üzərindən də edilir. Bank sistemləri, dövlət portalları, enerji infrastrukturu, səhiyyə məlumatları hamısı potensial hədəfdir. Bu proqramlarının əsas məqsədi elə bu riskləri sistemli şəkildə idarə etməkdir. Yəni söhbət təkcə antivirusdan getmir. Bura dövlət informasiya sistemlərinin təhlükəsizlik standartlarının müəyyən edilməsi, real vaxt monitorinqi, insidentlərə operativ reaksiya, kadr hazırlığı, qanunvericilik bazasının qurulması və s. daxildir. Başqa sözlə proqram ölkə üzrə vahid yanaşma yaradır. Yəni kim nəyi qoruyur, hadisə olanda kim cavabdehdir, hansı qurum necə reaksiya verməlidir bütün bunlar hamısı əvvəlcədən planlanır. Bu planlamaların dövlət qurumları üçün rolu çox böyükdür. Çünki hər qurum ayrı-ayrılıqda təhlükəsizlik qurmağa çalışsa, nəticə parçalanmış və zəif sistem olar. Milli proqram isə standartlar gətirəcək. Bu həm riskləri azaldacaq, həm də resursların daha səmərəli istifadəsinə imkan verəcəkdir. Üstəlik mərkəzləşdirilmiş yanaşma sayəsində hücumlar daha tez aşkarlanır və bir qurumda baş verən problem digərlərinə yayılmadan qarşısı alınır. Bir vacib məqam isə milli kibertəhlükəsizlik proqramları təkcə dövlət üçün yox, həmdə vətəndaş üçün də işləyir. Dövlət sistemləri güclü qorunursa, vətəndaşın şəxsi məlumatları, onlayn xidmətlərə çıxışı və gündəlik rəqəmsal həyatı da daha təhlükəsiz olur”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər