00:00:00
Yazar
Admin User
03.04.2015 10:15 363 1 dəq oxuma
Sosial

Milli koordinator küçə həyatına məruz qalan uşaqların statistikasını açıqlayıb

2014-cü ildə ərazi polis orqanının keçirdiyi reydə əsasən küçə həyatına məruz qalan , o cümlədən dilənçiliklə məşğul olan və qeyri qanunu qulluğa qəbul edilən 502 azyaşlı müəyyən edilib, yoxlamalar nəticəsində həmin uşaqların insan alverinin və məcburi əməyin qurbanı olması təsdiqlənməyib.

Daxili işlər nazirinin müavini Vilayət Eyvazov qeyd edib ki, övladlarının təlim tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən onları hüquqa zidd əməllərə cəlb edən 220 valideyn barəsində qanunla müəyyən edilmiş qərarlar qəbul edilib: “Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanları, KİV və QHT-in nümayəndələri ilə birlikdə övladlığa götürülmüş, qəyyumluğa və himayəyə verilmiş 272 uşağın yaşayış şəraitinin monitorinqi aparılıb, ehtiyacı olan ailələrə Ünvanlı sosial yardım və digər müavinətlər təyin edilib. Dövlət uşaq müəssisələrində yaşayan 47 azyaşlı şəxsiyyəti təsdiq edən sənədlə təmin olunub. “

Milli koordinator kimsəsiz uşaqların evlə təmin olunmasında Heydər Əliyev fondunun böyük əməyi olduğunu vurğulayıb: “Fond tərəfindən yetkinlik yaşına çatmış kimsəsuiz qızlar üçün 50 nəfərlik 25 mənzilli bina tikilib, eləcə də valideyn hmayəsindən məhrum olmuş və uşaq evlərinin məzunları üçün 120 mənzilli bina inşa olunub.” 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər