00:00:00
Yazar
Admin User
02.02.2015 11:30 392 1 dəq oxuma
Siyasət

Milli Məclisin 2015-ci ilin yaz sessiyasının ilk plenar iclası keçirilib

İclasın gündəliyində olan 11 məsələ ilə yanaşı beynəlxalq təşkilatlarla münasibətlər, Qarabağ münaqişəsi və Xocalı soyqrımı müzakirə edilib.
Milli Məclisin 2015-ci ilin yaz sessiyasının ilk plenar iclası keçirilib

İclasın gündəliyində olan 11 məsələ ilə yanaşı beynəlxalq təşkilatlarla münasibətlər, Qarabağ münaqişəsi və Xocalı soyqrımı müzakirə edilib.

Millət vəkilləri ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin tərkibinə yenidən baxılması və genişləndirilməsini təklif ediblər. Millət vəkili Azay Quliyevin fikrincə, bu, münaqişənin həllinə təkan verəcək. “Yanvarın 21-də Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı Almaniyanın kansleri xanım Anqela Merkel də Dağlıq Qarabağ probleminin həllində yaxından dəstək verəcəyinə söz verib. Bu məqamdan istifadə edib Almaniyanın Minsk qrupunun həmsədrliyinə gətirilməsi məsələsini qaldırmaq lazımdır”.

Azay Quliyev Türkiyənin də bu formata daxil edilməsinin vacibliyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Türkiyə regionda güclü dövlətdir, münaqişəyə cəlb olunan hər iki ölkədə müəyyən mənada maraqları var. Ermənistan da uzun müddətdir ki, Türkiyə ilə sərhədlərin açılmasına çalışır. “Hesab edirəm ki, Türkiyənin bu istiqamətdə təsir etməyə müəyyən imkanları var. Türkiyə də sərhədlərin açılmasının birbaşa Dağlıq Qarabağ münaqişəsinin həllindən keçdiyini bəyan edir. İndiyə qədər fəaliyyət göstərən hər üç həmsədr ölkə indiyə qədər birmənalı şəkildə Ermənistanı dəstəkləyib. Ona görə də bu balansı yaratmaq üçün, müəyyən formada ədalətli mövqeyi bərqərar etmək üçün Minsk qrupunun tərkibinə yenidən baxılmalıdır”.

Spiker Oqtay Əsədov isə Azərbaycanın AŞPA-da Rusiyaya qarşı sanksiyaların əleyhinə səs verməsinə aydınlıq gətirib və ikili standartlara son qoyulmasının vaxtının çatdığını bildirib.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər