Milli Məclisin payız sessiyası çərçivəsində ilk iclasının gündəliyi açıqlanıb
Milli Məclisin payız sessiyası çərçivəsində ilk iclasının gündəliyi açıqlanıb.Parlamentin payız sessiyası çərçivəsində 30 sentyabrda keçiriləcək ilk iclasının gündəliyinə 12 məsələ daxil edilib.
Məsələ ilə bağlı politoloq Əziz Əlibəyli “İnformator.az”a bildirib ki,bütün hallarda qanunverici orqan əslində seçkilərin ümumi səs verilməsi nəticəsində formalaşır:
“Buna da biz parlament deyirik və adında da “parle” sözü fransız dilindən “danışmaq” mənasını verir. Təbii ki, bundan ötrüdür ki,ictimai rəy daşıyan parlament tribunalarına xalqın problemlərini və qəbul olunmuş qanunlarda mütləq şəkildə əhalinin rifahı nəzərə alınsın və onların hüquqları daha çox müdafiə olsun. Bu, payız sessiyasının xüsusi özəllikləri var. Azərbaycan bölməsi arasındakı imzalanılması nəzərdə tutulmuş sülh müqaviləsi o cümlədən, biraz üzərinə gəlsək,Azərbaycanda yeni reallıqlar kontekstində, yeni konstitusiya məsələsi gündəmi başqa bir hadisədir. O cümlədən məncə bu zəfər dövlətidir,zəfər respublikasıdır və onun daha fərqli reallıqları var.Elə hesab edirəm ki, o reallıqlara da baş çəkmək və qiymətləndirmək üçün ilk parlamentin əsas vəzifələrindən birinə çevriləcək”.
Nəzrin Nəsirova
