00:00:00
Yazar
Admin User
27.01.2016 07:50 1522 1 dəq oxuma
Sosial

“Milli-mənəvi dəyərlərin qorunmasında gənc jurnalistlərin rolu” layihəsi Xaçmazda

Xaçmaz rayonunda yerli televiziya RTV-nin gənc jurnalist kollektivi ilə “Milli-mənəvi dəyərlərin qorunmasında gənc jurnalistlərin rolu” layihəsi müzakirə edilib
“Milli-mənəvi dəyərlərin qorunmasında gənc jurnalistlərin rolu” layihəsi Xaçmazda

Xaçmaz rayonunda yerli televiziya RTV-nin gənc jurnalist kollektivi ilə “Milli-mənəvi dəyərlərin qorunmasında gənc jurnalistlərin rolu” layihəsi müzakirə edilib.

İnformator xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə gənc jurnalistlər arasında müzakirə edilib. Müzakirə zamanı gənc jurnalistlərin mövzu ilə bağlı fikir ayrılığı müşahidə olunub. Bir qrup milli-mənəvi dəyərlərin qorunmasında jurnalistlərin rolunu yüksək qiymətləndirsə də, başqa bir qrup bu dəyərlərin təbliğinə bağça, məktəbdən başlanılmasının vacib olduğunu bildirib. Bununla yanaşı kimsə sırf bu mövzunu işləmək üçün məcbur edilməməlidir. Ötən əsrdə qalan dəyərləri bu gün gətirib təbliğ etmək olmaz. Debatın digər iştirakçısı isə həmkarından fərqli olaraq jurnalistin informasiya yayması, təbliğ etməsi fikrini əsas gətirərək buna borclu olduğunu qeyd edib. 

Eyni zamanda qeyd olunub ki, jurnalistlər dəyərlərin təbliğinə bir müddət müraciət edib sonra unutmamalıdır. Bu bütün dövr ərzində diqqət edilən məsələ olmalıdır.

Müzakirə zamanı qeyd edilib ki, milli-mənəvi dəyərlərin qorunmasında jurnalistlərin rolu qeyd edildikdə, burada yalnız televiziya jurnalistlərindən söhbət getmir. Qəzet, sayt, hətta social şəbəkələrdə jurnalistlər bu məsələni problem kimi qoymalı və onun həll edilməsinə çalışmalıdır. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər