00:00:00
Yazar
Admin User
20.11.2025 14:00 122 1 dəq oxuma
Sosial

Milli Qəhrəman Gültəkin Əsgərovanın doğum günüdür

Milli Qəhrəman Gültəkin Əsgərovanın doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Ələsgərovanın doğum günüdür. I Qarabağ müharibəsinin ən ağır illərində ön xəttə könüllü gedən Gültəkin Ələsgərova tibb bacısı kimi fəaliyyət göstərərək onlarla yaralının həyatını xilas edib.

 

Faktlara görə, o, cəbhədə xidmət etdiyi dövrdə 20-dən çox yaralı əsgəri döyüş bölgəsindən çıxarıb.Onun son xidməti 1991-ci ilin noyabrında Füzuli istiqamətində olub. Yaralıların təxliyəsi zamanı düşmən tərəfindən açılan atəş nəticəsində Gültəkin Ələsgərova həlak olub. Döyüş yoldaşlarının xatirələrinə əsasən, həmin an o, özündən əvvəl digərlərinin təhlükəsizliyə çəkilməsini təmin edib və bununla bir neçə nəfərin həyatını xilas edib.

 

Göstərdiyi qeyri-adi şücaətə görə Gültəkin Ələsgərova 1992-ci ildə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Hazırda onun adı bir sıra məktəb və küçələrə verilib, haqqında sənədli materiallar hazırlanıb.

 

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər