00:00:00
Yazar
Admin User
12.09.2023 14:47 476 1 dəq oxuma
Maraqlı

Milyonlarla cütlüyün məlumatlarını araşdırdılar!

Milyonlarla cütlüyün məlumatlarını araşdırdılar!

Sevgiyə gəlincə "əkslər cəlb edir" kimi məşhur mif araşdırmalar nəticəsində darmadağın edilib.

 

İnformator.az xəbər verir ki, yeni araşdırmaya görə, insanlar indi özlərinə oxşar xüsusiyyətlərə malik olanlara üstünlük verirlər. Araşdırmanın aparıcı müəllifi isə hazırda bu kriteriyalara uyğun gəlməyən cütlüklərə tənqidi xəbərdarlıq edib. İngiltərədə yaşayan 80 minə yaxın cütlük üzərində aparılan araşdırma fərdlərin oxşar xüsusiyyətlər nümayiş etdirən insanlarla birlikdə olma ehtimalının daha çox olduğunu ortaya qoyub.

 

Genetik tədqiqatlar üçün çox vacib olan bu tapıntılar yeni müzakirələrə də səbəb olub. Təxminən 100 illik məlumatları araşdıran və milyonlarla cütlüyün 130-dan çox xüsusiyyətini təhlil edən tədqiqatçılar bu xüsusiyyətlərin 89% -də tərəfdaşların fərqli olma ehtimalının daha çox olduğu qənaətinə gəlib.

 

Əhəmiyyətli nəticələr verən bu araşdırma insan münasibətlərinin əvvəlki dövrlərdə nəzərdə tutulduğu qədər təsadüfi olmadığını sübut edib. Tədqiqatçılar hesab edirlər ki, həyat yoldaşlarının seçilməsi nümunələrini anlamaq genetik tədqiqatları inkişaf etdirməyə kömək edə bilər. Araşdırmaya görə, insanlar partnyor seçərkən siyasi, dini fikirlər, təhsil səviyyəsi kimi meyarlar qarşılıqlı oxşarlıq təşkil etdikdə cütlüklər arasında güclü əlaqə qurulur.

 

Sayad Qoşnalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər