00:00:00
Yazar
Admin User
11.09.2023 17:18 544 1 dəq oxuma
Maraqlı

Min bir dərdin dərmanı tərəvəz - KÖK

Min bir dərdin dərmanı tərəvəz - KÖK

Mənşəyi Asiya və Aralıq dənizi bölgəsi olan kök insanların ən çox istifadə etdiyi qidalardan biridir.

 

Kök portağal rəngli, sarı-çəhrayı və qırmızımsı rənglidir. Kök A, B, C, D, E, K vitaminləri ilə zəngindir. Bu vitaminlər yorğunluq, qansızlıq, güc əksikliyində böyük rol oynayır. Kök uşaqların və yaşlıların təməl qidasıdır. Bu tərəvəz gözə xeyirli A vitaminini özündə daşıyır. Kökü çiy şəkildə yemək daha yaxşıdır. Bundan başqa, kök böyrək ağrılarına, qurd xəstəliklərinə də xeyirdir. Kökdə sinir sistemi üçün vacib B1, B2, C vitaminləri var.


Xərçəngə düşməndir
Kökün vacib xusisiyyəti budur ki, xərçəng xəstəliyinin qarşısını alır. Beta Karoten adlı maddə xərçəngə yoluxma riskini azaldır.


Xolesterini azaldır
Kök qandakı xolesterini azaldır. Beləliklə, ürək ağrısı riskini azaldır. Ayrıca, bağırsaqların da fəaliyyətini sürətləndirir. Toksinləri bədəndən uzaqlaşdırır.


Qanı artırır
Kök qanı artırır. Bunun üçün gün ərzində 1 stəkan kök suyu içmək faydalıdır. Eyni zamanda kök rematizmaya da xeyirdir.


Dərini yeniləyir
Kök dərini təmizləyir, yeniləyir və gözəl görünüş yaradır. Kök dərinin günəşin zərərli təsirindən qoruyur. Dəriyə yenilik gətirir. Bol, təzə kök suyu içənlərin üzü yenilənmiş və qanlı olur. Sanki insan gəncləşir.


Çəkini artırır
Kökün 100 qramı 40 kiloya bərabərdir. Buna görə də şəkər xəstələri və çəki problemi olanlar diqqətli olmalıdırlar.

 

Sayad Qoşnalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər