00:00:00
Yazar
Admin User
21.10.2025 10:53 135 1 dəq oxuma
Sosial

Mincivan qəsəbəsinin işğaldan azad olunmasından beş il ötür

Mincivan qəsəbəsinin işğaldan azad olunmasından beş il ötür

Azərbaycanın qədim yaşayış məntəqələrindən biri olan Zəngilan rayonunun Mincivan qəsəbəsinin erməni işğalçılarından azad edilməsindən beş il keçir.

 

2020-ci il oktyabrın 21-də Azərbaycan Ordusu Mincivan qəsəbəsi ilə yanaşı, rayonun Babaylı, Üçüncü Ağalı, Sarıl, Xumarlı, Hacallı, Xurama, Cahangirbəyli, Turabad, İçəri Müşlan, Qıraq Müşlan, Məlikli, Üdgün, Baharlı, eləcə də Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Tinli və Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli və Zərgər kəndlərini işğaldan azad edib.

 

Mincivan qəsəbəsi Araz çayının sahilində, düzənlik ərazidə yerləşir. Tarixi mənbələrə görə, qəsəbə 1795–1798-ci illərdə aclıq nəticəsində Cənubi Azərbaycanın Mincivan kəndindən köç edən ailələrin məskunlaşması ilə yaranıb və həmin kəndin adı yeni yaşayış məntəqəsinə verilib.

 

Qəsəbə 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal illərində burada yerləşən yaşayış evləri, məktəblər, kitabxanalar, uşaq bağçaları, dəmir yolu stansiyası tamamilə dağıdılıb. Relslər sökülərək bir hissəsi satılıb, bir hissəsindən isə tank əleyhinə istehkamlar qurulub.

 

Hazırda Mincivan ərazisində yenidənqurma və bərpa işləri aparılır. Qəsəbənin müasir infrastruktura uyğun şəkildə bərpası, sosial obyektlərin və yaşayış evlərinin tikintisi planlaşdırılır.

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər