00:00:00
Yazar
Admin User
20.06.2023 10:47 426 1 dəq oxuma
Maraqlı

Mingəçevirdə “Gənclərin Sosial Şəbəkə Akademiyası” düşərgəsi təşkil olunub

Mingəçevirdə “Gənclərin Sosial Şəbəkə Akademiyası” düşərgəsi təşkil olunub

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin təşkilatçılığı ilə 8-13 iyun tarixlərində Gənclər paytaxtı Mingəçevirdə respublikanın 18 regionundan olan 100 gəncin iştirakı ilə “Gənclərin Sosial Şəbəkə Akademiyası” keçirilib.

 

Akademiyanın məqsədi gənclərin sosial şəbəkə və media sahələrində savadlılığın artırmaq, peşəkar təlimçilər tərəfindən onları maraqlandıran suallara cavab tapmaq və sosial media platformaları üzrə bilik və bacarığa yiyələndirməkdir.

 

İştirakçılar düşərgə çərçivəsində Gənclər və idman naziri Fərid Qayıbov və Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovla görüşüb, həmçinin onlar üçün “Kibertəhlükəsizlik”, “Şəxsi brendinq”, “Hesablarının idarə edilməsi”, “Sosial Media Marketinqi (SMM)”, “Kreativ düşüncə”, “LinkedIn” platforması, “Twitter” platforması, “TikTok” platforması, “Hədəf auditoriyasının düzgün seçilməsi” mövzularında təlimlər, sosial şəbəkələrdə olan məşhur simalarla da müzakirələr təşkil edilib.

 

Onu da qeyd edək ki, Akademiyanın məqsədi gənclərin sosial şəbəkələr barədə məlumatlılığını artırmaq, təşəbbüslərini reallaşdırmasına və informasiya mübarizəsində fəal iştirakına şərait yaratmaqdır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər