MINURVI forumu WUF13-də Latın Amerikası ölkələrində mənzil bərabərsizliyi məsələsini qaldırıb
"MINURVI forumunun WUF13 çərçivəsində təşkili müasir dövrün əsas problemlərindən biri - hər bir sakin üçün layiqli, dayanıqlı və inklüziv mənzil şəraitinin yaradılması ilə üzləşən yüzlərlə Latın Amerikası şəhəri tərəfindən konkret addımlara edilən birgə çağırışdır".
"İnformator.az" xəbər verir ki, bunu Niteroi (Braziliyada bələdiyyə) şəhərsalma üzrə bələdiyyə katibi Karlos Krıxtin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Latın Amerikası və Karib hövzəsi ölkələrinin mənzil inşası və şəhərsalma məsələləri üzrə nazirlərinin və yüksəkvəzifəli şəxslərinin forumunda (MINURVI) bildirib.
K.Krıxtinin sözlərinə görə, Latın Amerikası planetin ən çox urbanizasiyalaşmış regionlarından biridir.
"Regionumuzun əhalisinin 80%-dən çoxu şəhərlərdə cəmləşib, eyni zamanda milyonlarla ailə təkcə dərin sosial bərabərsizliyin yox, həm də iqlim dəyişikliyinin artan təsirinin fəsadlarını yaşayaraq pis şəraitdə yaşamağa davam edir. Daşqınlar, sürüşmələr, anomal istilər, Dünya okeanı səviyyəsinin qalxması və ekoloji fəlakətlər - bütün bunlar artıq çoxdan uzaq gələcəyin təhdidləri olmaqdan çıxıb. Onlar regionumuzun və bütün Qlobal Cənubun bir çox icmalarının gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib", - katib bildirib.