00:00:00
Yazar
Nigar Həsənzadə
16.02.2026 22:54 5 1 dəq oxuma
Siyasət

Mirzəyev etimadnaməsini İƏT baş katibinə təqdim edib

Mirzəyev etimadnaməsini İƏT baş katibinə təqdim edib

Fevralın 15-də Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri, ölkəmizin İƏT yanında daimi nümayəndəsi Mütəllim Mirzəyev etimadnaməsini İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hüseyn Brahim Tahaya təqdim edib.

 

"İnformator.az"xəbər verir ki, Ciddədə İƏT-in Baş Katibliyinin qərargahında görüşdə Azərbaycan və İƏT arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Diplomat Azərbaycanın İƏT ilə münasibətləri daha da inkişaf etdirmək, siyasi, iqtisadi və mədəni əlaqələri daha genişləndirmək əzmində olduğunu qeyd edib.

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər