Misir prezidenti 2030-cu ildə postunu tərk edəcəyini açıqlayıb
Misir prezidenti Əbdülfəttah əs-Sisi səlahiyyət müddətinin 2030-cu ildə bitəcəyini açıqlayıb.
"İnformator.az" xəbər verir ki, əs-Sisi prezidentlik dövrünün uzadılması üçün konstitusiyada dəyişikliklər edilməsi fikrini istisna edib.
“2030-cu ildə mənin prezidentlik dövrüm başa çatacaq. Bu məsələ tamamilə həll olunub”, - o bildirib.
Qeyd edək ki, Əbdülfəttah əs-Sisi 2014-cü ildən bəri Misir dövlətinə rəhbərlik edir.