Məktəblilərdən zəlzələ oyunu layihəsi: Qazanma şərti sonda sağ qalmaq
Türkiyədə bir qrup şagird zəlzələ zamanı daha məlumatlı olmaq məqsədilə azyaşlılar üçün oyun layihəsi gerçəkləşdiriblər.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, verilən xəbərdə şagirdlərin məqsədlərinin ölkədə zəlzələ fərqindəliyini artırmaq olduğu bildirilib. Hədəf kütlələrinin əsasən ibtidai sinif şagirdləri olduğu deyilən xəbərdə bunun üçün daha rəngli və cəlbedici detallardan istifadə olunduğu əlavə edilib.
Bəhs edilən oyunun zəlzələ öncəsi, zəlzələ anı və zəlzələdən sonra olmaqla üç mərhələdən ibarət olduğu qeyd edilib. Sözügedən oyunda ev və google olmaqla iki fərqli xəritə yer aldığı, oyunu qazanma şərtinin isə ən sonda sağ qalmaq olduğu vurğulanıb.
Layihə rəhbərləri oyunun təsirliliyini yoxlamaq məqsədilə oyun oynanılmadan öncə və sonra olmaqla 50 şagird arasında iki dəfə anket həyata keçiriblər. Hər iki mərhələnin nəticələri qarşılaşdırıldığında məlum olub ki, oyunla tanış olduqdan sonra şagirdlər arasında zəlzələ barədə məlumatlılığın artığı müşahidə edilib.
