00:00:00
Yazar
Admin User
02.10.2025 10:32 195 2 dəq oxuma
Sosial

"Məktəblərdə iqlim dəyişikliyi ayrıca mövzu kimi öyrədiləcək"

"Məktəblərdə iqlim dəyişikliyi ayrıca mövzu kimi öyrədiləcək"

Bu gün iqlim dəyişikliyi və onun fəsadları dünya gündəmində ən önəmli mövzulardan biridir. İqlim savadlılığının artırılması isə bu problemlə mübarizədə əsas vasitələrdən biridir. Azərbaycanda da iqlim dəyişikliyinə qarşı maarifləndirmə və təhsil işləri genişlənməkdədir.

 

Mövzu ilə bağlı "İnformator.az" a açıqlamasında təhsil eksperti Vüsət Əzizov bildirib ki, iqlim savadlılığının artırılması yalnız ekoloji biliklərin verilməsi ilə məhdudlaşmamalı, bu prosesdə şagird və tələbələrə praktik bacarıqlar da aşılanmalıdır:

 

"İqlim savadlılığının artırılması üçün ən yaxşı məkan məktəblər, ən yaxşı “kanallar” isə müəllimlərdir. Lakin müəllimlər də öyrədici şəxslər olaraq, dolğun məlumatlara malik olmalıdırlar. Müəllimlərin çoxu iqlim dəyişikliyi mövzularının öyrədilməsi ilə bağlı peşəkar təlim keçməyib və ya təhsil almayıb. Bəziləri uşaqların kiçik yaşlarından iqlim dəyişikliyi üzrə məlumatlandırılmasını lazımsız hesab etsə də, getdikcə artan fəlakətlər şagirdlərin bu mövzunu elə həmin dövrlərdən mənimsəməyə başlamalarını zəruri edir. Nəzərə almaq lazımdır ki, müasir texnoloji imkanlar nəinki böyüklərin, eləcə də uşaqların dünyanın istənilən bölgəsində baş verən fəlakətlərin real nəticələrini izləməyə imkan verir. Məlumatların yayılması üçün açıq mühitin formalaşdığı hazırkı internet dövründə uşaqların bu proseslərlə kiçik ikən maraqlanması, onların baş vermə səbəblərini öyrənmə istəyinin artması, eyni zamanda, yaşadıqları ölkədə proseslərin mənfi təsirləri ilə rastlaşması bunu deməyə əsas verir ki, iqlim mövzularının təhsil müəssisələrində uşaqlara elə kiçik yaşlarından öyrədilməsi gələcək nəslin qlobal problemə töhfə verə bilmə imkanlarını artırar".

 

Həmçinin Vüsət Əzizov bildirib ki, dünyada iqlim dəyişikliyi səbəbindən getdikcə intensivləşən fəlakətlər - daşqınlar, quraqlıqlar, meşə yanğınları, güclü istilər və s. ölkələrdə müxtəlif sahələrə böyük zərər vurmaqla yanaşı, məktəblərdə dərs prosesinin də pozulmasına səbəb olur:

 

"Hazırda müəllimlər şagirdlərə iqlim dəyişiklikləri ilə bağlı mövzuları yalnız tədris proqramlarına uyğun tədris edirlər ki, bu da mövcud reallıq üçün yetərli səviyyədə deyil. Bəzi mütəxəssislər bunu hətta təhsildə iqlim mövzüsunun daha da önə çıxarılmasına maneə yaradan əsas amillərddən biri kimi görürlər. Bu baxımdan tədris proqramlarında qeyd edilən istiqamətlərin inkişaf etdirilməsi, iqlim mövzuları üzrə tədris saatlarının artırılması olduqca vacibdir".

 

Eyni zamanda Vüsət Əzizov qeyd edib ki, təhsil sisteminin iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına verdiyi dəstək formalarından biri müəyyən proqramların icrası ola bilər:

 

"Məsələn, məktəblər iqlim dəyişikliklərinin təbiətə real təsirlərini öyrənmək üçün təhsilalanların iştirakı, müəyyən qurumların dəstəyi ilə qısa və uzun müddətli ekoloji proqramlar həyata keçirə bilərlər ki, bu proqramlar vasitəsilə şagirdlər həm fərd olaraq, iqlim dəyişikliyinin qarşısının alınmasına töhfə verər, bu məsələnin həllinin onlardan da asılı olduğunu dərk edər, həm də onlarda təbiətə sevgi hissi güclənər. Digər tərəfdən, belə proqramlar şagird və müəllimləri elmi istiqamətlər üzrə ilkin aradırmalara başlamağa həvəsləndirər, onların elmi sahəyə yönəldilməsində rol oynaya bilər".

 

Aysun Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər