00:00:00
Yazar
Admin User
11.11.2025 14:57 121 1 dəq oxuma
Sosial

Məktəblərlərdə yeni fənnin tədrisinə başlanmalıdır

Məktəblərlərdə yeni fənnin tədrisinə başlanmalıdır

Xarici təcrübədə media savadlılığı, süni intellekt və multikulturalizm kimi fənlərin artıq məktəb yaşlarından tədris olunur.


Mövzu ilə əlaqədar BDU-nun professoru, media eksperti Qulu Məhərrəmli “İnformator.az”a açıqlamasında bildirib ki, orta məktəblərdə media savadlılığı dərsinin keçirilməsi çox faydalı olar:

 

“Çünki yaxın qonşu və dost ölkə olan Türkiyədə artıq 10 ilə yaxındır ki, belə bir fənn məktəblərdə tədris olunur. Bu fənnin məqsədi orta məktəb şagirdlərində informasiyanı dərk etmə bacarığını formalaşdırmaqdır. Yəni, alınan məlumatın nə olduğu, hansı mənbədən gəldiyi, həqiqi və ya saxta olmasını müəyyənləşdirmək öyrədilir.
Hesab edirəm ki, bizim məktəblərdə də belə bir fənnin tədrisi vacibdir. Fənnin adı media savadlılığı, informatika və ya informasiya savadlılığı ola bilər. Bu tip dərslərin keçirilməsinə böyük ehtiyac var. Çünki informasiya axını çox güclüdür və bəzən yalan məlumatı doğrudan ayırd etmək çətin olur. Belə fənnin tədrisi yeniyetmələrdə informasiya mənbələrini düzgün analiz etmək və etibarsız məlumatları tanımaq bacarığı formalaşdırar. Bu, həm informasiya müharibəsi, həm də informasiya təhlükəsizliyi baxımından çox vacib addımdır”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər