00:00:00
Yazar
Admin User
04.03.2015 07:30 391 2 dəq oxuma
Siyasət

MN: Seyran Ohanyanın bəyanatı cəlladın uydurmasıdır

Ermənistanın Müdafiə naziri Seyran Ohanyanın bəyanatı, vicdanını və şərəfini günahsız dinc insanların qanı ilə ləkələmiş cəlladın növbəti uydurmasıdır.
MN: Seyran Ohanyanın bəyanatı cəlladın uydurmasıdır

Ermənistanın Müdafiə naziri Seyran Ohanyanın bəyanatı, vicdanını və şərəfini günahsız dinc insanların qanı ilə ləkələmiş cəlladın növbəti uydurmasıdır.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ermənistan müdafiə naziri Seyran Ohanyanın bəyanatına cavab verib. Bildirilir ki, Xocalıda, digər işğal olunmuş Azərbaycan ərazilərində mülki əhaliyə, o cümlədən körpələrə, qadınlara və ahıllara divan tutan bir şəxsin, öz torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşən Azərbaycan xalqını təhqir edərək insaniyyətdən danışmağa mənəvi haqqı və hüququ yoxdur.

“Yüzlərlə uşaqları qanına qəltan edən bir cani və varvar valideyn olaraq öz övladlarının və Azərbaycanın işğal olunmuş ərazilərində nahaq yerə məhv edilən, yaralanaraq şikəst olan ermənilərin uşaqları və yaxınlarının gözünə baxa bilirsə, bu onun psixi cəhətdən anormal olmasını açıq-aydın sübut edir.

Bu gün və illərdir S.Ohanyanın və cinayətkar erməni rəhbərliyinin ağılasığmaz təkəbbürünün əvəzini erməni xalqı hər gün qapılarına gətirilən tabutlarla ödəyir.

Biz erməni valideynlərə müraciət edərək övladlarını mənasız xəyallar uğrunda ölümə yollamamağa çağırırıq. Çünki son erməni işğalçısı Azərbaycan torpaqlarını tərk edən günədək siz bundan da ağır və sarsıdıcı itkilərlə qarşılaşacaqsınız,”- deyə nazirliyin bəyanatında qeyd edilib.

Fevralın 28-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində öldürülən düşmənin diversiya qrupunun iki üzvünün dəfn mərasiminə qatılan Seyran Ohanyan Azərbaycanı hədələyib.  Məhv edilən ermənilərin yaxınlarına başsağlığı verən Ermənistan müdafiə naziri Azərbaycana adekvat cavab veriləcəyini bildirib və alacaqları qisasın ağır olacağını vurğulayıb.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər