00:00:00
Yazar
Admin User
27.10.2025 18:32 167 2 dəq oxuma
Sosial

Mənzil qiymətlərində süni artım: Ucuzlaşma olacaqmı?

Mənzil qiymətlərində süni artım: Ucuzlaşma olacaqmı?

Qonşu ölkələrdə əmlakın qiymət artımı Azərbaycandakı qədər kəskin deyil. Bu da həmin ölkələrdə mənzillərin investisiya aləti kimi istifadə olunmamasından irəli gəlir.

 

Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, təlabat çoxalıb, istehsal xərcləri və tikinti xərcləri İnsanlar alırlar, ona görə qiymət artır:

 

“Bu, normal bazar fəaliyyətidir. Süni məsələsi bazarla əlaqədar olmayan məsələlərə aid olunur. Əgər nə isə bazarla əlaqədar deyilsə, monopolist fəaliyyətlə əlaqədardırsa və ya dövlətin sərt müdaxiləsi ilə bağlıdırsa, o zaman süni adlandırılır. Yoxsa bazarda baş verən heç bir şey süni deyil. Süni bazarda yalnız insiharçıların fəaliyyəti nəticəsində ola bilər, yəni bazara toplaşıb qiymətləri boğurlar. Bazar artımı və tələbat var, yəni insanlar alırlar. Ucuzlaşma yalnız iqtisadi vəziyyət pisləşdikdə baş verir. İnsanların vəziyyəti pisləşməsə, ucuzlaşma olmayacaq. Proqnozlar isə hələ artım istiqamətindədir, iqtisadiyyatın böyüməsi gözlənilir. Qonşu ölkələrdə mənzil qiymətləri Bakıdan ucuz deyil. Məsələn, Tiflisdə, Qazaxıstanda qiymətlər baha və nisbətən Bakı ilə müqayisə edilə bilər. Moskva da bahadır, baxmayaraq ki, müharibə və sanksiyalar var. Mənzil və daşınmaz əmlak hər yerdə investisiya aləti kimi istifadə olunur. Mənzil qiymətlərinin bahalaşmasının səbəbləri var ki, birincisi təlabatın çox olması. İnsanlar hesab edir ki, əmlak bazarında artım olacaq. İkincisi,tikinti xərclərinin artması. Üçüncüsü, Bakıda tikintiyə yararlı torpaq sahəsinin azalması. Dördüncüsü tikinti standartlarına ciddi riayət olunması – əvvəllər riayət olunmurdu. İndi standartlara uyğun tikinti aparılır, məsafələr və keyfiyyət qorunur. Materialların daşınması, işçi xərcləri və kommunal xərclərin artması. Bütün bu səbəblər qiymətləri artırır. Bakıda mərkəzdə tikilməli torpaq sahəsi az olduğuna görə bahalaşma var. Süni artım yoxdur. Süni artımın olub-olmadığını öyrənmək üçün ayrıca tədqiqat tələb olunur. Bazarda qiymət hər zaman mövcuddur, insanlar Bakıda ala bilmirsə, rayonlarda ala bilirlər. Bakı böyüyən və bahalaşan şəhərdir, burada bazar bağlıdır. İqtisadi böhran, devalvasiya baş verərsə, manatda ucuzlaşma ola bilər, xarici valutalar da ucuzlaşa bilər. Amma hal-hazırda manatın ucuzlaşması gözlənilmir”.

 

Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər