00:00:00
Yazar
Admin User
29.12.2025 16:19 86 2 dəq oxuma
Sosial

Mənzil seçimində kiberhücum cəhdləri: vətəndaşlar nələrə diqqət etməlidir?

Mənzil seçimində kiberhücum cəhdləri: vətəndaşlar nələrə diqqət etməlidir?

 

Onlayn mənzil axtarışı artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Lakin bu proses müəyyən riskləri də özü ilə gətirir. Son dövrlərdə saxta elanlar və kiberhücum cəhdləri artıb, nəticədə vətəndaşların şəxsi məlumatları təhlükə altına düşür.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən İT mütəxəssisi İlkin Məmmədkərimov bildirib ki, mənzil elanları üzərindən kiberfırıldaqçılıq halları onlaynlaşmanın artması ilə paralel şəkildə çoxalıb. Onun sözlərinə görə, bu risklərdən qorunmaq üçün yalnız rəsmi mənbələrə etibar etmək, şəxsi və maliyyə məlumatlarını paylaşmamaq vacibdir:

 

“Bu hücumların artmasının əsas səbəbi mənzil alqı-satqısı və kirayə fəaliyyəti ilə məşğul olan şirkətlərin son illərdə işlərini əsasən onlayn platformalar üzərindən qurmasıdır. Kibercinayətkarlar da bunu fürsət kimi dəyərləndirirlər. Vətəndaşlar şübhəli linklərə daxil olmamalı, yalnız şirkətlərin rəsmi internet saytlarından istifadə etməlidirlər.

Əgər elan sahibi öncədən ödəniş tələb edirsə, bu, ciddi şübhə doğurmalıdır. Son zamanlar internetdə yerləşdirilən mənzil elanları adı altında kiberfırıldaqçılıq halları xeyli artıb. Xüsusilə bazar qiymətindən xeyli ucuz təqdim olunan elanlar, tələsdirici mesajlar və əvvəlcədən pul istənilməsi risk əlamətləridir.

Heç bir halda şəxsiyyət vəsiqəsinin fotosunu, bank kartı məlumatlarını və ya SMS təsdiq kodlarını tanımadığınız şəxslərə göndərməyin. Şübhəli keçidlərə daxil olmayın və yalnız etibarlı, rəsmi elan saytlarından istifadə edin. Unutmaq olmaz ki, diqqətsizlik şəxsi məlumatların ələ keçirilməsinə və maddi zərərə səbəb ola bilər".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər