00:00:00
Yazar
Admin User
03.02.2026 17:15 47 2 dəq oxuma
Sosial

Moskvada meymunçiçəyi aşkarlanıb

Moskvada meymunçiçəyi aşkarlanıb

Moskvada meymunçiçəyi (mpox) virusuna yoluxma halının qeydə alınması region ölkələrində diqqəti yenidən bu infeksiyaya yönəldib. Xəstənin Rusiyada ölkədaxili yoluxması və hazırda izolyasiya olunması bildirilsə də, Azərbaycanla Rusiyanın həmsərhəd olması virusun ölkəmizə keçmə ehtimalını gündəmə gətirir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında səhiyyə eksperti Adil Qeybulla bildirib ki, meymunçiçəyi virusu çiçək kimilər qrupuna aiddir və bu qrupun nümayəndəsi olan təbii çiçək xəstəliyi zamanında milyardlarla insanın həyatına son qoyub:

 

“Bu xəstəlik böyük pandemiya yaradıb və 1980-ci illərdə vaksinasiya nəticəsində kökü kəsilib. Meymunçiçəyi isə onunla müqayisədə xeyli yüngül keçən infeksiyadır və keçən əsrin 60-cı illərində aşkar edilib. Virus ilk olaraq meymunlarda aşkarlansa da, əsas daşıyıcıları gəmiricilərdir. O, ilk dəfə Konqo Respublikasında müəyyən olunub.

Meymunçiçəyi virusunun hazırda geniş yayılıb pandemiya törətmək riski yoxdur, çünki hava-damcı yolu ilə geniş məsafədə ötürülmür. Yalnız yaxın məsafədən hava-damcı yolu ilə keçə bilər. Xəstəlik əsasən kontakt yolu ilə, bioloji mayelər vasitəsilə ötürülür. Daha çox təmas zamanı yoluxma baş verir.

Xəstəliyin əlamətləri əsasən intoksikasiya xarakterlidir. Bu zaman baş ağrısı, yorğunluq, yüksək hərarət, halsızlıq və limfa düyünlərinin böyüməsi müşahidə olunur. Meymunçiçəyi zamanı xüsusi ağırlaşmalar adətən qeydə alınmır. Lakin ölüm halları istənilən xəstəlikdə olduğu kimi bu infeksiyada da mümkündür və təxminən beş faiz civarındadır. Su çiçəyi ilə fərqi ondan ibarətdir ki, su çiçəyində limfa düyünlərinin şişməsi o qədər də müşahidə edilmir. Xəstəliyin Azərbaycana sporadik şəkildə keçməsi mümkündür, amma onun geniş yayılacağını düşünmürəm. İstənilən infeksiyanı lokallaşdırmaq mümkündür. Hər bir halda epidemioloji vəziyyət nəzarət altında saxlanılmalıdır”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər