00:00:00
Yazar
Admin User
15.08.2025 17:23 168 2 dəq oxuma
İqtisadiyyat

Mərkəzi Asiyadan Avropaya "yaşıl enerji" nəqli

Mərkəzi Asiyadan Avropaya "yaşıl enerji" nəqli

Qazaxıstan və Özbəkistan rəsmiləri Azərbaycanın da iştirak etdiyi “Azərbaycan-Mərkəzi Asiya” yaşıl enerji dəhlizinin statusunu müzakirə ediblər.


Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov "İnformator.az"a açıqlamasında bildirib ki, "yaşıl enerji" layihəsinin məqsədi Orta Asiyada istehsal olunan enerjinin Azərbaycan vasitəsi ilə Gürcüstana keçməklə Avropaya daşımaqdır:

 

"Qazaxıstanda, Özbəkistanda enerji istehsalı olunacağı hesab edilir. Buna gələcəkdə digər Orta Asiya ölkələri də qoşula bilər. Mənə elə gəlir ki, ən yaxşı potensial daha çox Qırğızıstan və Tacikistandadır. Onların dağlıq ölkər olması və daha cənubda yerləşmələri buna daha çox imkan yaradır. Hesab olunur ki, yaşıl enerji orada daha çox istehsal olunacaq və artıqlıq əmələ gələcək. Artıq enerjini uzun bir marşrutla enerjiyə təlabatı olan Avropaya nəql ediləcək. Məqsəd iqtisadidir. Orta Asiya ölkələri enerji ixrac edərək pul əldə edəcəklər. Azərbaycan buradan tranzit ölkə kimi qazana bilər. Eyni zamanda regionun enerji təhlükəsizliyi əmələ gələcək. Regionun özünün istehsalı gələcəkdə çox olacaq. Azərbaycan da daxil olmaqla regionu enerji baxımından təhdid etmək olmayacaq. Bu həm də bərpa olunan enerji sahəsinə investisiyadır. Bunun ayrı-ayrı ölkələrin yox, ümumilikdə planetin iqliminə töhfəsi var".

 

İqtisadçı həmçinin qeyd edib ki, istehsal olunan Orta Asiyadan ümumi xəttə birləşdirilir, ümumi xətt də yaxın ərazilərdəki xətləri birləşdirir. Azərbaycana ötürmək üçün Xəzər dənizinin üzərindən enerji kabeli çəkiləcək:

 

"Həmin kabel Gürcüstana, sonra Qara dənizə və ordanda Avropaya keçəcək. Avropanın özünün şəbəkəsi var və enerji həmin şəbəkəyə veriləcək. Layihənin dayanıqlığını gələcək də bir sıra amillər korlaya bilər. Bu Şimali Afrikadan, məsələn, Mərakeşdən, Misirdən,o cümlədəndən Türkiyə və Suriyadan elektrik satılması ola bilər. Türkiyə dağlıq ərazidir və quru dağları, küləkli yerləri çoxdur. Alternativ və daha yaxın olduqlarına görə onların həm investisiya xərcləri azlacaqdır, həm də transmissiya zamanı baş verən itkilərin qarşısı alınacaqdır. Eyni zamanda uzun xəttin uzun texniki qurğu xərcləri var. Belə məsələrdə onların daha çox rəqabət üstünlüyü olacaq".


Billurə Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər