00:00:00
Yazar
Admin User
07.09.2023 13:55 466 1 dəq oxuma
Maraqlı

Məşhur musiqiçinin pianosu rekord məbləğə satıldı

Məşhur musiqiçinin pianosu rekord məbləğə satıldı

Böyük Britaniyanın əfsanəvi rok qrupu olan Queen qrupunun solisti Freddi Merkurinin təxminən 1500-ə yaxın şəxsi əşyasından ibarət kolleksiyası hərraca çıxarılıb.

 

İnformator.az CNN Türk-ə istinadən xəbər verir ki, sənətçinin “Bohemian Rhapsody” mahnısını bəstələdiyi piano təxminən 2,2 milyon dollara satılıb. 45 yaşında vəfat edən Queen qrupunun solisti Freddi Merkurinin 1500-ə yaxın qiymətli əşyasının olduğu şəxsi kolleksiya Sotheby's hərrac evi vasitəsilə hərraca çıxarılıb. Hərraca səhnə geyimləri və mahnının sözlərinin əl ilə yazılmış qaralamaları da daxil edilib.

 

Merkuri 1991-ci ildə QİÇS-ə məğlub olmazdan əvvəl Londondakı evini yüzlərlə şəxsi əşyası ilə birlikdə yaxın dostu Meri Ostinə buraxıb. Sənətçinin məşhur "Bohemian Rhapsody" mahnısını bəstələdiyi Yamaha G2 model piano hərracda 2,2 milyon dollara satılıb.


1986-cı ildə Magic Tour çərçivəsində verdiyi konsertdə geyindiyi plaş və tac təqribən 791 min dollara, məşhur "Somebody to Love" əsərinin əl yazısı isə 300 min dollara satılıb. Əsl adı Farrokh Bulsara olan Freddie Mercury 1946-cı ildə Hind okeanının qərb sahilində yerləşən Zanzibar adasında dünyaya gəlib. 1970-ci ildə İngiltərənin paytaxtı Londonda Brian May, Roger Taylor və Freddie Mercury tərəfindən qurulan Queen qrupu bütün dünyada 300 milyondan çox albom satıb.

 

Fatimə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər