00:00:00
Yazar
Admin User
02.05.2023 11:01 341 1 dəq oxuma
Maraqlı

Məşhur yarışmada iştirakçı 1 milyonu ən son anda qaçırdı

Məşhur yarışmada iştirakçı 1 milyonu ən son anda qaçırdı
İllərdir ATV-də yayımlanan "Kim Milyoner Olmaq İster" yarışmasında bu həftə iştirakçı 1 milyonu ən son anda qaçrıb.
 
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, iştirakçı Emre Sinan uğurlu çıxışı ilə gündəm olub. 1 milyon TL-lik sualın iki addımlığında onun verdiyi qərar səhv olub.
 
20 yaşlı Emre Sinan Koç Universitetinin Maşın mühəndisliyi fakültəsinin tələbəsi olduğunu bildirib. O, birinci həddə qədər uğurla çıxış edib.
 
İkinci sualı da keçərək 1 milyon TL-lik sualı görmək hüququ qazanıb. Bütün zarafatlarından istifadə edən iştirakçının 10-cu sualında "1990-cı ildə çəkilmiş "Eşq filmlərinin unudulmaz rejissoru” filminin afişasında filmin baş rol ifaçısı Şener Şen hansının üzərinə minir? sualı ortaya çıxıb.
 
Seçimlər arasında 'A- Eşşək', 'B-Velosiped', 'C- Dəvə', 'D-Tısbağa' olub. İştirakçı "B" variantını seçib və cavab yanlış olub.
 
Qeyd edək ki, iştirakçı bu suala düzgün cavab versəydi, 1 milyon TL-lik sualı görmək hüququ qazanacaqdı. Beləliklə, iştirakçı 30 min TL-ni götürərək yarışma ilə vidalaşıb.
 
 
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər