00:00:00
Yazar
Vüqar Alışov
24.03.2026 21:35 150 2 dəq oxuma
Siyasət

“Müharibənin taleyi yaxın günlərdə həll oluna bilər”- Kritik mərhələ başlayır

“Müharibənin taleyi yaxın günlərdə həll oluna bilər”- Kritik mərhələ başlayır

İran və ABŞ arasında gərginliyin azaldılması və sülhün təmin olunması məqsədilə müəyyən danışıqlar aparıldığı bildirilir. İddiaya görə, tərəflər münaqişələrin həlli üçün bəzi əsas şərtlər üzərində razılığa gəliblər. Bu razılaşmanın detalları və tərəflərin maraqlarının qorunması uzunmüddətli atəşkəsin və regionda stabilliyin təmin olunmasında həlledici rol oynaya bilər.

 

Mövzu ilə bağlı”İnformator.az”a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki,  proqnozlarıma görə, müharibənin yaxın 10-12 gün ərzində ən azı aktiv fazasını keçərək  müvəqqəti atəşkəsə doğru yönəlməsi mümkündür:

 

"Çünki müharibənin davam etməsi dünya üzrə ciddi aclığa, bahalaşmaya və inflyasiyaya səbəb ola bilər. Üstəlik, çox ciddi təhlükəsizlik təhdidləri də yarana bilər. Artıq 2-3-cü ayına daxil olan bu münaqişənin nəticələri, 4 il davam edən Şərqi Avropadakı müharibənin nəticələrindən daha ağır ola bilər. Ona görə də, müharibə bitməlidir. Hər hansı gecikmə regiona və dünya iqtisadiyyatına ciddi təsir göstərəcək".

 

Siyasi şərhçi  qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın proqnozlaşdırılması çətin  olsa da, hazırkı riskləri nəzərə alaraq kompromisə yönələ bilər: 

 

"Onsuz da artıq İranın daxilində ciddi daxili problemlər var. Bu proses davam edəcək və İran daxildən parçalanacaq, metastaz verəcək. Tramp elə addımlar atacaq ki, mümkün danışıqlar üçün lazımi şəxslərlə əlaqə saxlaya bilsin. Məsələn, diplomat Abbas Əraqçı hələ də həyatda qalır, çünki gələcək danışıqlarda lazım olacaq. Bu, müharibəyə deyil, İranın daxildən çökdürülməsinə hesablanan strategiyadır. Həmçinin quru əməliyyatlara başlamaq ABŞ üçün hazırda real görünmür, çünki sərhəd mövcud deyil və bu müharibənin miqyasını genişləndirə bilər. ABŞ hava əməliyyatları ilə məhdud fəaliyyət göstərə bilər, amma quru əməliyyatlar ciddi risklər yaradacaq".

 

Kənan Novruzov həmçinin İsrailin mövqeyinə də diqqət çəkib:

 

 "İsrail hazırda danışıqların uğuruna maraqlı deyil. Ölkədə gərginlik davam etdiyi müddətdə, Baş nazir Benyamin Netanyahunun mövqeyini gücləndirir. Gərginlik bitərsə, Netanyahunun əleyhinə siyasi reaksiyalar arta bilər. Ona görə də, İsrail müəyyən provokasiyalar vasitəsilə danışıqlara mane ola bilər. Əgər bu baş tutmasa, danışıqların 12 gün ərzində effekt verməsi mümkündür".

 

Mehriban Yariyeva

#Müharibə #ABŞ #İran #İsrail #Sülh
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər