Növbəti il əhaliyə nə qədər vəsait ödəniləcək?
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) növbəti il üçün əhaliyə ödənişlər üzrə xərclərində nəzərdə tutulan ciddi artım ölkəmizdə sosial müdafiə tədbirlərinin gələn il də uğurla davam etdiriləcəyini deməyə əsas verir.
"İnformator.az" xəbər verir ki, Fondun 2026-cı il üçün gəlirlərinin builki proqnoz gəlirlərinə nisbətən 705,7 milyon manat (9,3 faiz) çox olmaqla 8 milyard 323 milyon manat olması nəzərdə tutulur.
DSMF-nin növbəti ildə xərclərinin isə 8 milyard 483 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu vəsaitin 8 milyard 196 milyon manatı (96,6 faiz) əhaliyə ödənişlərə yönəldiləcək.
