Nüsrət Gökçənin Nyu Yorkdakı restoranı bağlandı?
Nyu Yorkda restoranının bağlanması iddiası ilə gündəmə gələn Nüsrət Gökçə məsələ ilə bağlı susqunluğunu pozub.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Nüsrət Gökçə məsələylə bağlı "Mağazanı köçürməli olduq" deyə, bildirib.
Onun sözlərinə görə, məkan Nyu Yorkun ən gözəl yerlərindən birində yerləşirmiş. Amma açılışdan bir həftə sonra pandemiya başlayıb, ondan əlavə isə binada abadlıq işləri aparıldığına görə onun qarşısında bütün mənzərəni əhatə edən təmir işləri görülüb. Ev sahibi onlara iki aya estakadanın çıxarılacağı sözünü versə də, bacarmayıb. Həmin estakadaya görə məkana daxil olmaq çətinləşdiyi üçün restoran köçürülüb.
