00:00:00
Yazar
Admin User
24.11.2025 18:07 137 3 dəq oxuma
Sosial

"Ən yaxşı fikirlər məhz istirahət vaxtı ağıla gəlir"

"Ən yaxşı fikirlər məhz istirahət vaxtı ağıla gəlir"

Müasir dövrdə sürətli həyat ritmi, gündəlik işlər və öhdəliklər insanların əyləncəyə ayırdığı vaxtı minimuma endirib. "Əylənməyə vaxt yoxdur" və ya "Əylənmək vaxt itkisidir" kimi fikirlər bəzi insanlar üçün həyat şüarına çevrilib. Lakin əyləncə sadəcə boş vaxt keçirtmək deyil, həm də psixoloji rahatlıq və motivasiya üçün vacib bir vasitədir. Bu mövzu ətrafında müxtəlif baxış bucaqları mövcuddur.

 

 

Mövzu ilə bağlı "İnformator.az"a verdiyi açıqlamada psixoloq Dilruba Həsənova bildirib ki, əyləncə heç də vaxt itkisi deyil, əksinə, insanın psixoloji sağlamlığı üçün çox vacibdir:

 

"Əylənəndə beyində dopamin və serotonin kimi xoşbəxtlik hormonları artır, bu da stresin azalmasına, gərginliyin yumşalmasına və diqqətin daha yaxşı toparlanmasına kömək edir. Həm də əyləncə yaradıcı düşüncəni gücləndirir. Fasilə verəndə beyin informasiyanı daha rahat emal edir və insan problemlərə daha aydın baxa bilir. Çox yaradıcı insanların ən yaxşı fikirləri məhz istirahət vaxtlarında ağıllarına gəlir, bu təsadüf deyil.

 

Bundan başqa, uzun müddət fasiləsiz işləmək tükənmişliyə gətirir. Qısa, amma keyfiyyətli əyləncə anları isə insana enerji verir, motivasiyanı artırır və yüklənmənin qarşısını alır. Ümumilikdə, əyləncə həm emosional tarazlığı qoruyur, həm də sosial bacarıqları inkişaf etdirir. Yəni bu, sadəcə vaxt keçirmək deyil - insanın sağlam qalması və daha məhsuldar olması üçün lazımlı bir prosesdir. Bəli, həm də çox rahat mümkündür. Çoxları düşünür ki, səmərəli olmaq ancaq çox işləmək deməkdir. Amma əslində elə deyil. Səmərəlilik həm işi görmək, həm də özünə nəfəs almaq üçün yer qoymaqdır. İnsan fasilə vermədən işləyə bilməz, çünki beynin də, bədənin də müəyyən vaxtdan sonra dincəlməyə ehtiyacı olur".

 

Həmçinin psixoloq bildirib ki, əyləncəyə yer ayırmaq üçün elə böyük planlar qurmağa ehtiyac yoxdur:

 

"Kiçik, amma təsirli şeylər kifayətdir, məsələn:

 

15–20 dəqiqəlik qısa fasilələr, bir az hava almaq, su içmək, fikri dəyişmək.

 

Bundan başqa insanı rahatladan sadə fəaliyyətləri göstərmək olar , bir mahnı dinləmək, 10 dəqiqəlik gəzinti, bir dostla qısa danışıq və s. Yəni Əyləncə saatlarla oturub vaxt keçirtmək deyil, beynin yenilənməsi üçündür. Fasilə verən insanlar həm daha yaradıcı olur, həm də işə daha tez fokuslana bilir. Yəni əyləncə səmərəliliyi azaltmır, əksinə gücləndirir. Əgər cəmiyyət insanlara “əylənmək boş vaxtdır” mesajı verirsə, bunun həm şəxslərə, həm də ümumi mühitə bir sıra mənfi təsirləri olur. İnsanlar özlərini günahkar hiss etməyə başlayır, gülmək və dincəlmək istəyəndə belə içdən bir səslə deyirlər: Yox, vaxt itirirəm, Bu da stressi artırır, motivasiyanı azaldır və bəzən insanın ümumi əhvalını pozur. Sosial baxımdan isə insanlar bir-bir ilə daha az ünsiyyət qurur, dostluqlar səthi olur, münasibətlərdə istilik azalır. Yaradıcı düşüncə də zəifləyir, çünki yeni ideyalar çox vaxt rahat və xoşbəxt anlarda yaranır. Mədəniyyət baxımından isə sənət, musiqi və yaradıcılıq sahələri zəif inkişaf edir, yeniyetmələr öz potensialını gec kəşf edir, belə hallar insanın ömrünü azaldır".

 

Aysun Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər