Ən yaxşı qorxu filmləri
Səbirsizliklə gözlənilən və izlənilən qorxu filmləri bütün dövrlərdə böyük tamaşaçı kütləsinə malik olub.
Odur ki, qorxu filmlərinə ən yaxşıları ilə başlamaq istəyənlər üçün məsləhətli filmləri bir araya gətirdik. Qeyd olunan siyahımızda istənilən qorxu janrında filmlər tapa bilərsiniz. Hər birinizə xoş vaxt diləyirik!
1.The Exorcist (1973)
Merrin İraqda qazıntı işləri aparan bir keşişdir. Orada o, Assur və Babil mifologiyasından olan cinlər kralı Pazuzu haqqında kəşfə imza atır. Bir tərəfdən ABŞ-da məşhur kino aktrisasının qızı Reqan Maknilin psixoloji pozğunluqları görünməyə başlayır. Maknilin xəstəliyi artdıqca həkimlər bunun çarəsini tapa bilmir və ana Kris Maknilə bir əfsanə olan şeytan çıxartmağı tövsiyə edirlər. Kris, Ata Damiandan kömək istəyir.
2.Kötü ruh (2013)
Mia narkotik aludəçiliyi səbəbindən çətin günlər keçirib və yeni qərarın astanasındadır.
O, qardaşı David, sevgilisi Natali və uşaqlıq dostları Olivia və Erikdən ona dəstək olmalarını xahiş edir. Onlar həftə sonunu Tennessi meşələrində ailələrinin evində keçirməyə qərar verirlər. Burada Mia dostlarına narkotikə qayıtmayacağına söz verir. Amma daxmaya girəndə anlayacaqlar ki, başqaları da bura icazəsiz gəliblər. Doldurulmuş heyvanlarla dolu zirzəmi kifayət qədər qorxulu olsa da, Erikin tapdığı 'Ölüm Kitabı' adlı kitabda yazılan sözlər beş dostu addım-addım dəhşətə və ölümə sürükləyəcək.
3.Annabelle
1967-ci ildə Con Form hamilə arvadı Mia ilə Santa Monikada yaşayır. Bir gün Con arvadı Miaya bir kukla hədiyyə edir. Mia kuklanı çox sevir və onu kukla kolleksiyasının yanına qoyur. Həmin gecə Mia və Con yatarkən, Mia qonşularının evindən qışqırıq eşidir. Mia əri Conu yuxudan oyadır və ondan qonşuların vəziyyətini yoxlamasını xahiş edir. Qonşularının evinə girən Con onların öldürüldüyünü görür. Con çaxnaşma içində evdən qaçır və Miadan evə qayıtmasını və təcili yardım çağırmasını xahiş edir. Mia təcili yardımı çağırdıqdan sonra Higginslər Mianı qarnından yaralayırlar. Con evə gələndə arvadının yanında dayanan Higgins ilə tək başına mübarizə aparır. Daha sonra qatil Annabelle Higgins bıçaqla boğazını kəsərək intihar edir. Annabelle Higgins öldükdən sonra onun ruhu həmin gecə Conun Miaya hədiyyə etdiyi kuklaya keçir və evdə maraqlı hadisələr başlayır.
4.The Gift
Enni adlı dul ana qeybdən olanları görür və istər-istəməz insanların gələcək təcrübələri haqqında məlumat əldə edir. Orta məktəb direktoru ilə nişanlı olan yerli gənc qız öldürüləndə, ondan kömək istəmək qərarına gəlirlər. Yaxınlıqda yaşayan insanların Enniyə münasibəti isə fərqlidir. İş o yerə çatıb ki, həyat yoldaşı ilə ciddi fikir ayrılığı olan kişi (Kianu Rivz) onu Şeytanla əməkdaşlıqda ittiham edir. Zaman keçdikcə yaxınlıqda yaşayan bütün insanlar qətlin istintaqında şübhəli olurlar. İstintaq səbəbiylə Enninin sosial həyatı kabusa çevrilir.
5.Siccin
Türkiyə istehsalı qorxu filmidir.
Öznur uşaqlıqdan bəri eşq yaşadığı əmisi oğlu Kudretlə bağlı olub. Nisə ilə evli olan Kudret bir müddət fikrindən daşınsa da, onun son qərarı xoşbəxt evliliyindən yana olub.
Öznur yasaq sevgisi ilə qarşılaşmaq üçün qara sehrdə çarə axtarır. Bu sehrin təsiri altında cinlər Nisəni təqib edir.
6.Sessiz Bir Yer (2018)
2 uşaqlı ailə kiçik bir kənd qəsəbəsində sakit həyat sürür. Hələ böyüyən uşaqlar valideynləri ilə ümumiyyətlə danışmır və yalnız işarə dili ilə ünsiyyət qururlar. Ancaq bu, danışa bilmədikləri üçün deyil, səs-küy yaradan hər şeydən uzaq durduqları üçündü. Amma bu sakit həyat bir gün uşaqların oynayarkən lampanı aşması ilə bitir. Dərin sükutda əks-səda verən bu səs varlığın diqqətini çəkir və sükutu pozmağın əvəzini ailə ağır ödəyir.
Nəzrin Cəbiyeva
