Nə yeyirik, necə yeyirik və niyə xəstələnirik?
Son illər yemək anlayışı təkcə qidalanma məsələsi olmaqdan çıxıb. Fastfud mədəniyyəti, bahalaşan məhsullar, genetik dəyişdirilmiş qidalar və sosial şəbəkələrin təsiri insanların nə yediyini, necə yediyini dəyişib. Masaya gələn yeməyin arxasında artıq yalnız dad yox, sağlamlıq riski, iqtisadi yük və psixoloji təsir də dayanır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında qida eksperti İlkin Məmmədkərimov bildirib ki, son illər insanlar sürətli həyat ritminə uyğun olaraq, evdə yox, çöldə yeyirlər:
“Tez hazır olan qidalardan istifadə edirlər ki, bu da insan sağlamlığına ziyandır. Ömrü azaldır və müxtəlif xəstəliklərə səbəb olur. Uşaqların qida vərdişləri fastfuda yönəlir. Valideynlər də bunu bildirir. Bu, düzgün deyil. Azyaşlı uşağın orqanizmi ağ vərəq kimidir və bütün orqanizm bununla zəhərlənir. Ev yeməklərinin tədricən yox olması gələcəkdə və indi xəstəliklərin daha çox yayılmasına səbəb olur. İnsanlar sağlıqlı yaşaya bilmir. Bu acı bir reallıqdır”.
Banu Məmmədova
