Naqif Həmzəyev: Mən Rəsulzadəyə hörmətsizlik etməmişəm
\"Mən Məhəmməd Əmin Rəsulzadəni təhqir etməmişəm.\"
Bunu İnterAz-a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib. Deputat bildirib ki, o M.Ə. Rəsulzadəyə hörmətsizlik etməyib: \"Mən Məhəmməd Əmin Rəsulzadəni təhqir etməmişəm. Amma mənim üçün bir lider var, o da ümummili lider Heydər Əliyevdir.\"
Qeyd edək ki, Naqif Həmzəyev “Yeni Müsavat” qəzetinin əməkdaşına verdiyi cavabda Rəsulzadənin vətən xaini adlandıraraq, onun büstünün Gəncədə deyil, ilk respublikanı Tiflisdə qurduğu üçün orada qoyulmasını lazım bildiyini vurğulayıb: “Niyə Rəsulzadının büstü və ya heykəli qoyulmalıdır ki?! Mən bu cür tarixi şəxsiyyət tanımıram. Heç bilirsiz o Rəsulzadə respublika yaratmaq üçün nələr edib? Yaxşı şəxsiyyət olsaydı qurduğu respublikanı qoruyub saxlayardı. Rəsulzadə satqın olub, o bizim İrəvanı və digər torpaqlarımızı satıb. Azərbaycanda qarşı xarici qüvvələrlə sıx əlaqədə olub. Axı niyə fikirləşirsiz ki, Gəncədə Rəsulzadənin heykəli olmalıdır?! Rəsulzadə respublikanı Gəncədə deyil, Tiflisdə qurub”.
