00:00:00
Yazar
Admin User
09.10.2025 10:17 121 1 dəq oxuma
Sosial

Narkotikin təsiri altında avtobus sürən şəxs həbs edilib

Narkotikin təsiri altında avtobus sürən şəxs həbs edilib

Sumqayıtda 123 saylı marşrut xətti üzrə hərəkət edən 50 AF 276 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu idarə edən sürücü Şahin İbrahimovun narkotik maddə qəbul etdiyi barədə şübhə yarandığından saxlanılaraq tibbi müayinəyə aparılıb.

 

Bu barədə "İnformator.az"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

 

Bildirilib ki, müayinə zamanı Ş.İbrahimovun narkotik maddə qəbul etdiyi müəyyən olunub. Onun barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

 

Məhkəmənin qərarı ilə Ş.İbrahimov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 30 gün müddətinə inzibati qaydada həbs olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər