00:00:00
Yazar
Admin User
14.04.2023 14:28 339 1 dəq oxuma
Maraqlı

NASA-nın kosmik pomidorları Yerə gəlir

NASA-nın kosmik pomidorları Yerə gəlir

NASAnın astronavtlar üçün təzə qida istehsal etməklə bağlı olan araşdırmanı uğurla sonlandırmasından sonra kosmosda yerləşdirilən pomidorlar bu həftə sonu dünyaya geri dönəcək.

 

İnformator.az CNN Türk-ə istinadən xəbər verir ki, pomidor məhsulu təxminən 2000 kiloqram materialla birlikdə elmi təcrübələr aparacaq olan SpaceX Dragon yük kosmik gəmisi ilə aprelin 15-də Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılacaq.

 

Bu təcrübə əsasında astronavtlar orbitdəki laboratoriyanın miniatür istixanasında cırtdan pomidor yetişdiriblər. Daha sonra pomidorlar dondurularaq qida dəyərləri yoxlanılıb.

 

Aydan Qasımova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər